Azərbaycan Texnologiya Universiteti Polşanın Bialistok Texnologiya Universiteti ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir. Əməkdaşlıq çərçivəsində ATU-nun “Maşın mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Kompüter mühəndisliyi”, “Marketinq”, “Menecment”, “Mühasibat” və “Biznesin idarə edilməsi” ixtisasları üzrə təhsil alan 1 tələbəsinə Polşada 1 (bir) semestr müddətinə ingilis dilində təhsil alması üçün qrant ayrılıb. 
Proqrama universitetin II kurs bakalavr tələbələri müraciət edə bilərlər. Proqramdan yararlanacaq tələbələrin bütün xərcləri proqram tərəfindən ödəniləcək. 

Tələbələrin seçimi aşağıdakı meyarlar əsasında aparılacaq:
✓ ÜOMG
✓ Müsahibə

Müsahibədə iştirak etmək istəyən tələbələr 23 noyabr 2024-cü il tarixinədək Beynəlxalq əməkdaşlıq şöbəsi ilə (tel: 022 268 35 78; II korpus 3-cü mərtəbə otaq 2316) əlaqə saxlayıb qeydiyyatdan keçməlidirlər.