ATU 2024/2025-ci tədris ilində qəbul olan tələbələri üçün xüsusi təqaüd imkanları təqdim edir.
Belə ki, qəbul imtahanlarında 400-500 bal aralığında nəticəsi olanlar ATU-da təhsil alacaqları müddətdə hər ay 100 manat əlavə təqaüd fürsəti qazanacaqlar.
ATU-ya 500 bal və daha yuxarı nəticə ilə qəbul olanlar isə təhsil müddətində 200 manat əlavə təqaüdə sahib olacaqlar.
Bununla bağlı xüsusi təqaüd may ayında keçirilən ATU Elmi Şurasının qərarı ilə təsis edilib.