Təsdiq edilmiş yeni qəbul planına əsasən 2024/2025-ci tədris ilindən Azərbaycan Texnologiya Universitetinin (ATU) mövcud ixtisaslarına aşağıdakı daha 7 ixtisas əlavə edilib:

- İnformasiya təhlükəsizliyi
- Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
- Beynəlxalq ticarət və logistika
- Nəqliyyat servisi
- Sənaye mühəndisliyi
- Maşın mühəndisliyi
- Menecment

Qeyd edək ki, ATU-da "sənaye mühəndisliyi", "maşın mühəndisliyi" və "menecment" ixtisasları üzrə daha əvvəl də kadr hazırlığı aparılıb, digər 4 ixtisas isə ilk dəfə tədris olunacaq. Bununla da universitetdə ixtisasların sayı 27-yə çatdırılacaq.

Qeyd edək ki, ATU-nun bakalavriat səviyyəsinə 1290, magistratura səviyyəsinə isə 200 tələbə qəbulu nəzərdə tutulub. Bakalavriat səviyyəsi üzrə plan yeri ötən illə müqayisədə 180 yer çoxdur.