Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan Texnologiya Universiteti (ATU) ilə İsrailin Ben-Gurion Universiteti arasında görüş keçirilib

ATU-da baş tutan görüşdə Texnologiya Universitetini tədris işləri üzrə prorektor Raqif Hüseynov, strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə rektor müşaviri Mehman Kərimov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri v.m.i.e. Ramidə Xəlilova və Avtomatika və informasiya texnologiyaları kafedrasının müdiri dos. Rövşən Qasımov, Ben-Gurion Universitetini isə “Complex Data Analytics Lab” şöbəsinin rəhbəri Prof. Robert Moskoviç və “Data Science Research Center” üzrə inzibati meneceri xanım Lee Eldin təmsil edib.
 
Görüş zamanı gələcək əməkdaşlıq perspektivləri, tələbə və müəllim mübadiləsi, ikili diplom proqramlarının həyata keçirilməsi, ATU-da Ben-Gurion Universiteti tərəfindən müzakirə edilib.

Tələbələrimiz üçün daha bir təqaüd təsis edildi

“ATS Food” MMC tərəfindən Azərbaycan Texnologiya Universitetinin tələbələri üçün xüsusi təqaüd təsis edilib.
 
ATU tələbələri üçün xüsusi təqaüd Azərbaycan Texnologiya Universiteti (ATU) ilə çörək və un məmulatlarının istehsalı üzrə ixtisaslaşan “ATS Food” MMC arasında mövcud əməkdaşlıq münasibətləri çərçivəsində təqaüd təsis edilib.
 
Bu barədə Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərovla ATS Food MMC-nin icraçı direktoru Tural Hacıyev arasında 26 yanvar 2024-cü il tarixdə keçirilən görüşdə razılaşma əldə olunaraq müvafiq saziş imzalanıb.
 
Razılaşmaya əsasən, xüsusi təqaüd universitetin “Qida mühəndisliyi”, “Şərabçılıq” və “Ekologiya mühəndisliyi” ixtisaslarında təhsil alan, ən yüksək akademik göstəricilərə malik 2 tələbəsinə veriləcək. Təqaüd hər tələbə üçün 100 manat məbləğində müəyyən olunub.
 
Cari ilin 26 yanvar tarixində “ATS Food” MMC-də baş tutan görüşdə ötən ilin oktyabr ayında imzalanmış Əməkdaşlıq memorandumunun reallaşdırılması imkanları, əməkdaşlığın perspektivləri, birgə kadr hazırlığı və birgə tədbirlərin keçirilməsi məsələləri də müzakirə edilib. Görüş çərçivəsində ATU nümayəndə heyəti “ATS Food” MMC-yə məxsus "Çörəkçi" zavoduna səfər edərək zavodun fəaliyyəti, istifadə olunan texnoloji maşınlar və texnologiyalar ilə ətraflı tanış olub, bu müəssisədə ATU tələbələrinin istehsalat təcrübəsinin təşkili məsələsi yerində müzakirə edilib.
 
Qeyd edək ki, ATU tələbələri üçün xüsusi təqaüd ötən ilin dekabrında mövcud əməkdaşlıq çərçivəsində “Azəralüminium” MMC tərəfindən də təsis edilib. Ümumiyyətlə, universitet-sənaye əlaqələrinin gücləndirilməsini hədəfləyən Azərbaycan Texnologiya Universiteti son 1 ildə bir çox iri sənaye müəssisələri ilə əməkdaşlıq memorandumları imzalayıb, mövcud əlaqələri genişləndirib.

Azərbaycan Texnologiya Universitetinin Tələbə Elmi Cəmiyyətinin (TEC) hesabat-seçki konfransı keçirilib

Tədbirdə sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov, Elmi tədqiqat Mərkəzinin direktoru Qalibə Məmmədova, Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov, İnnovasiya Mərkəzinin müdiri Şamo Salayev, TEC sədri Aysel Məmmədli, fakültə TEC sədrləri və üzvləri iştirak edib.
 
Tədbirdə TEC sədri Aysel Məmmədli TEC -in illik elmi fəaliyyəti barədə hesabat təqdimatı ilə çıxış edib. Daha sonra TEC-in İdarə Heyətinin Şura üzvləri seçilib, yeni variantda işlənilmiş TEC əsasnaməsinin müzakirəsi həyata keçirilib.


Azərbaycan Texnologiya Universitetində qış imtahan sessiyasının gedişinə dair iclas keçirilib

İclasda Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e dos.Yaşar Ömərov, prorektorlar, müşavirlər, dekanlar və kafedra müdirləri iştirak edib.
 
İclas zamanı İmtahan Komissiyası tərəfindən təqdim edilən hesabat dinlənilib, daha sonra imtahan sessiyasının bu günə olan nəticələri, daxil olan müraciətlər və digər məsələlər müzakirə edilib, müvafiq tapşırıqlar verilib.

Azərbaycan Texnologiya Universiteti beşulduzlu Naftalan otelləri ilə əməkdaşlığa başladı

Naftalanda Azərbaycan Texnologiya Universiteti rəhbərliyi (ATU) ilə Qarabağ, Çinar və Qaşaltı otellərinin rəhbərləri arasında görüş keçirilib.
 
Görüşdə ATU-nun rektoru v.m.i.e. dos.Yaşar Ömərov, tədris işləri üzrə prorektoru Raqif Hüseynov, Turizm sənayesinin təşkili kafedrasının müdiri Yusif Hümbətov, “Garabagh Resort &Spa Naftalan Hotel”in direktoru Safi Orhan Kutluay, “Chinar Hotel&Spa Naftalan”ın direktoru Murat Gözütok, “Gashalti Health Hotel Naftalan”ın direktoru Rəşad Veyisov edib.
 
Baş tutan görüşdə sözügedən otellərlə universitet arasında əməkdaşlıq imkanları və perspektivləri, birgə kadr hazırlığı və birgə tədbirlərin (konfrans, seminar, forum, master klass və digərləri) keçirilməsi məsələləri müzakirə edilib. Görüşün yekununda ATU tələbələrinin sözügedən otellərdə təcrübə keçməsinə dair müqavilə imzalanıb.
 
Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetində “turizm işinin təşkili” və “turizm bələdçiliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. ATU tələbələrinin müalicəvi nefti ilə turistlərin xüsusi diqqətində olan kurort şəhərində, dünyanın 65-ə yaxın ölkəsindən qonaqlar qəbul edən və ən müasir standartlara cavab verən Qarabağ, Çinar və Qaşaltı otellərində təcrübə keçməsi kadr hazırlığının daha yüksək səviyyədə aparılmasına imkan verəcəkdir.

ATU kollektivinin rəhbər heyəti  ümumşəhər tədbirində iştirak edib.

Azərbaycan Texnologiya Universitetinin rəhbər heyəti və əməkdaşları Gəncədə Şəhidlər xiyabanında 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı ümumşəhər tədbirində iştirak edib.
 
ATU kollektivi əbədi məşəl önünə gül düzüb, şəhidlərin məzarını ziyarət edib, Vətənin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçənlərin ruhuna dualar oxuyub, əziz xatirələrini qürur və ehtiramla yad edib.