Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

“Biz Qərbi Azərbaycana mütləq qayıdacağıq” mövzusunda elmi-praktik seminar keçirilib

Azərbaycan Texnologiya Universitetində “Biz Qərbi Azərbaycana mütləq qayıdacağıq” mövzusunda elmi-praktik seminar keçirilib.
Azərbaycan Texnologiya Universitetinin tədris işləri üzrə prorektoru Raqif Hüseynov tədbiri açıq elan edərək bütün tədbir iştirakçılarını salamlayıb, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qərbi Azərbaycan İcmasının Gəncə şəhəri üzrə nümayəndəsi prof. Mübariz Yusifov mövzu ilə bağlı fikirlərini bölüşərək qeyd edib ki, düşmən üzərində qazandığımız qələbələr öz doğma torpaqlarından ayrı düşən Qərbi Azərbaycanlıların da yurdlarına qovuşacaqlarına böyük inam yaradıb və bu cür tədbirlərin keçirilməsində məqsədin məhz Qərbi Azərbaycan həsrəti ilə yaşayan Azərbaycanlıların haqq səsini eşitdirərək təbliğat-təşviqat, maarifləndirmə aparmaq olduğunu diqqətə çatdırıb.
Tədbirdə Qərbi Azərbaycan İcmasının Gəncə nümayəndəsi rəhbərinin köməkçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Arifə Əhmədli Ermənistanın Qərbi Azərbaycanlılara qarşı həyata keçirdiyi deportasiya siyasətindən, soydaşlarımıza qarşı törədilən vandalizm aktlarından danışıb.
Daha sonra Azərbaycan Texnologiya Universitetinin Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının professoru Cahangir Hacıyev, İctimai elmlər və multikulturalizm kafedrasının dosenti Hüseyn Budaqov, Kimya və metallurgiya mühəndisliyi kafedrasının dosenti Əli Muradov çıxış edərək Azərbaycanlıların öz doğma yurdu olan Qərbi Azərbaycana qayıdışının Azərbaycanın haqq savaşında qazandığı qələbələrin ardı olacağını qeyd ediblər.
Ardınca Gəncə Dövlət Universitetinin dosenti Nəsibə Hacıyeva çıxış edərək bildirib ki, soydaşlarımız Qərbi Azərbaycan həsrəti və doğma yurda qovuşmaq ümidi ilə yaşayırlar. Qeyd edib ki, 44 günlük mübarizəmizdə, haqq savaşımızda qalib gələrək “Böyük Qayıdışı” gerçəkləşdirdiyimiz kimi tezliklə Qərbi Azərbaycana da mütləq qayıdacağıq.
Sonda Qərbi Azərbaycana həsr edilmiş videoçarx nümayiş olunub.

ADA Universitetinin bir qrup əməkdaşı ATU-nun son kurs tələbələri ilə görüşüb

ADA Universitetinin bir qrup əməkdaşı Azərbaycan Texnologiya Universitetinin (ATU) son kurs tələbələri ilə görüşüb.
Görüşdə Azərbaycan Texnologiya Universitetinin tədris işləri üzrə prorektoru Raqif Hüseynov, ADA Universitetinin Kənd təsərrüfatı və qida elmləri fakültəsinin dekanı prof.Matteo Vittuari, fakültənin əməkdaşları - professor Saidə Əliyeva, Asəf Ömərov, Sahil Quliyev, Tələbə qəbulu şöbəsinin əməkdaşları - Aytəkin Hüseynova və Səltənət Məmmədova iştirak ediblər.
Çıxış edən Matteo Vittuari və Saidə Əliyeva yeni açılan Kənd təsərrüfatı və qida elmləri fakültəsi və qəbul proqramları barədə tələbələri ətraflı məlumatlandırıblar.
Daha sonra Aytəkin Hüseynova tələbələrə ADA Universitetində tədris olunan magistr proqramları barədə geniş məlumat verib.
Sonda tələbələrin sualları cavablandırılıb.

“2022-2026 Dövlət Proqramı”na dair məlumatlandırma sessiyası keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Elm və Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Proqramı İdarəetmə Qrupu tərəfindən “2022-2026 Dövlət Proqramı”na dair məlumatlandırma sessiyası keçirilib.
Tədbirdə Azərbaycan Texnologiya Universitetinin tədris işləri üzrə prorektoru Raqif Hüseynov, Dövlət Proqramı İdarəetmə Qrupunun əməkdaşları Aygül İsmayılova, Nuray Əşrəfli, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi Pərviz Rəcəbov və ATU-nun son kurs tələbələri iştirak edib.
Prorektor Raqif Hüseynov bildirib ki, tədbirin keçirilməsində məqsəd 2024/2025-ci tədris ili üzrə “2022-2026 Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsilinin təşviq edilməsidir.
Daha sonra Dövlət Proqramı İdarəetmə Qrupunun əməkdaşları çıxış edərək proqrama dair ətraflı - magistratura səviyyəsi üzrə yer alan ölkələr və ixtisas istiqamətləri, seçim mərhələləri, tələb olunan sənədlər, kvota, əlavə edilən son yeniliklər barədə məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıblar.


“Dövlət orqanlarında inzibati vəzifələrin tutulması şərtləri və qaydaları”  mövzusunda maarifləndirici görüş keçirilib

Azərbaycan Texnologiya Universitetində Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə “Dövlət orqanlarında inzibati vəzifələrin tutulması şərtləri və qaydaları” mövzusunda maarifləndirici görüş keçirilib.
Tədbirdə Azərbaycan Texnologiya Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Şahmar Həsənov, Dövlət İmtahan Mərkəzinin (DİM) sektor müdiri Elnur Abbasov, DİM-in Gəncə Regional Bölməsinin sədri Nəsimi Məmmədov və son kurs tələbələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Şahmar Həsənov görüşün keçirilməsində əsas məqsədin bu il məzun olacaq bakalavr və magistrları dövlət qulluğuna qəbul qaydaları ilə tanış etməkdən ibarət olduğunu bildirib.
Daha sonra DİM-in sektor müdiri Elnur Abbasov təqdimatla çıxış edərək dövlət qulluğuna qəbulla bağlı müsabiqənin şərtləri, keçirilmə qaydaları haqqında ətraflı məlumat verib. DİM-in dövlət qulluğu sahəsində fəaliyyəti, dövlət qulluğunun üstünlükləri, dövlət qulluğunun qəbul qaydaları, test imtahanında yoxlanılacaq bilik sahələri və hər sahə üzrə test tapşırıqlarının hazırlanması qaydaları ilə bağlı çıxış edib. DİM Gəncə Regional Bölməsinin sədri Nəsimi Məmmədov tələbələrin məzun olduqdan sonra dövlət qulluğu imtahanlarında iştirak edəcəklərinə və uğurlu nəticələrə nail olacaqlarına əminlik ifadə edib.
Sonda tələbələrin sualları cavablandırılıb.

ATU kollektivi Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru v.m.i.e. dos. Yaşar Ömərov və universitet kollektivi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Gəncə şəhərinin baş meydanında ucaldılmış abidəsini ziyarət edib, Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib.

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş elmi seminar

Azərbaycan Texnologiya Universitetində İdarəetmə kafedrasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş İqtisadiyyat və İdarəetmə fakültəsi tələbələrinin elmi seminarı keçirilib.
“Azərbaycanda yerli özünüidarəetmənin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda baş tutan seminarda sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov, İdarəetmə kafedrasının müdiri prof. Füzuli Məmmədov çıxış edərək Azərbaycanda yerli özünüidarəetmənin tarixinə nəzər salıb, bu sistemin formalaşmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini vurğulayıb, çıxış edəcək tələbələrə uğurlar arzulayıblar.
Seminarda tələbələrin təqdimatında “Dünyanı heyrətə salan insan”, “Yerli özünüidarəetmə institutunun yaranması tarixi”, “Bələdiyyələrin mülki müdafiə tədbirləri”, “Bələdiyyələrdə aktual problemlər və yenilik təşəbbüskarlığı”, “Bələdiyyələrin turizm sahəsində göstərə biləcəyi xidmətlər”, “Ekoloji mühitin qorunmasında bələdiyyələrin iştirakı”, “Bələdiyyələrin büdcə gəlirlərinin formalaşması və idarə edilməsi”, “Smart bələdiyyə modeli” başlıqlı məruzələr dinlənilib. Tədbirdə movzular ətrafında fikir mübadiləsi aparılıb, sonda tələbələr sertifikatlarla təltif edilib.