Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş elmi seminar

Azərbaycan Texnologiya Universitetində İdarəetmə kafedrasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş İqtisadiyyat və İdarəetmə fakültəsi tələbələrinin elmi seminarı keçirilib.
“Azərbaycanda yerli özünüidarəetmənin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda baş tutan seminarda sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov, İdarəetmə kafedrasının müdiri prof. Füzuli Məmmədov çıxış edərək Azərbaycanda yerli özünüidarəetmənin tarixinə nəzər salıb, bu sistemin formalaşmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini vurğulayıb, çıxış edəcək tələbələrə uğurlar arzulayıblar.
Seminarda tələbələrin təqdimatında “Dünyanı heyrətə salan insan”, “Yerli özünüidarəetmə institutunun yaranması tarixi”, “Bələdiyyələrin mülki müdafiə tədbirləri”, “Bələdiyyələrdə aktual problemlər və yenilik təşəbbüskarlığı”, “Bələdiyyələrin turizm sahəsində göstərə biləcəyi xidmətlər”, “Ekoloji mühitin qorunmasında bələdiyyələrin iştirakı”, “Bələdiyyələrin büdcə gəlirlərinin formalaşması və idarə edilməsi”, “Smart bələdiyyə modeli” başlıqlı məruzələr dinlənilib. Tədbirdə movzular ətrafında fikir mübadiləsi aparılıb, sonda tələbələr sertifikatlarla təltif edilib.

“Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” adlı II beynəlxalq elmi konfrans

Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos.Yaşar Ömərov Mingəçevir Dövlət Universitetində keçirilən (MDU) Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” adlı II beynəlxalq elmi konfransda iştirak edib.
Yaşar Ömərov konfransın plenar iclasında çıxış edib, konfrans mövzusunun aktuallığı, bu konteksdə yerli və xarici elm adamlarının bir araya gəlməsinin əhəmiyyəti və zərurəti haqda danışıb, konfransın işinə uğurlar arzu edib.
Qeyd edək ki, tədbirə dünyanın 9 ölkəsinin ali təhsil müəssisələri, elmi tədqiqat institutları və müvafiq qurumlarından akademik heyət üzvləri, alimlər və ekspertlər qatılıb.

Azərbaycan Texnologiya Universitetinin nümayəndələri Tacikistan Respublikasının paytaxtı Düşənbədə keçirilmiş "Kimya elmləri və texnologiyaları üzrə müasir innovativ trendlər" adlı beynəlxalq elmi konfransda iştirak ediblər

 
Konfransda Azərbaycan Texnologiya Universitetini təmsil edən Ətraf Mühitin Qorunması kafedrasının müəllimi, İnnovasiya mərkəzinin direktoru Şamo Salayev "LDH-əsaslı Fe-MG Nanokmopozitlərin ağır metalların adsorbsiyasında tətbiqi və tədqiqatın nəticələri", doktorant Elnur Arifzadə "Suların təmizlənilməsində elektrokatalitik üsulların tətbiqi" adlı elmi araşdırmalarını təqdim edərək məruzələrlə çıxış ediblər.

Şamo Salayev konfrasınsın Yüksək texnologiyalar: nanokimya və nanomaterialları adlı sesiyasına rəhbərlik edib.

Tacikistan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə keçirilən elmi konfransda Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Rusiya, Belarus və Ermənistan kimi MDB ölkələrinin universitet və tədqiqat mərkəzlərində çalışan alimlər iştirak edib.

Konfransda uğurla çıxış edən nümayəndə heyətləri diplom və sertifikatlarla təltif edilib.


Azərbaycan Texnologiya Universitetində Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsilin İnkişafı Fondunun Gəncədə yerləşən ali təhsil müəssisələri üçün təqdimatı keçirilib

 

Tədbirdə Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos.Yaşar Ömərov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov və hər üç universitetin struktur bölmə rəhbərləri iştirak edib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov təqdimatla çıxış edib. Sədr Fondun yaradılması, məqsədləri, missiyası, Fond tərəfindən həyata keçirilən layihələr, təqaüd proqramları barədə ətraflı məlumat verib, perspektivdə yeni layihələrin olduğunu qeyd edib.

Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, sualları cavablandırılıb.

 

Azərbaycan Texnologiya Universiteti (ATU) ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsilin İnkişafı Fondu (TİF) arasında görüş keçirilib


ATU-nun rektoru v.m.i.e. dos. Yaşar Ömərov və Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun iştirakı ilə baş tutan görüşdə əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib.

Görüş çərçivəsində Fond sədri Azərbaycan Texnologiya Universitetin maddi-texniki bazası ilə yaxından tanış olub.

 

Azərbaycan Texnologiya Universitetində (ATU) Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Gənc İnnovatorlar" Startap müsabiqəsi keçirilib.

 

Yarış ATU İnnovasiya Mərkəzinin təşkilatçılığı, Təhsilin İnkişafı Fondu, "Huawei" şirkəti, "Bir" Tələbə Könüllü Təşkilatının dəstəyi ilə reallaşıb.

ATU-nun rektoru v.m.i.e. dos.Yaşar Ömərov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, "BİR" Könüllü Tələbə Təşkilatının Region üzrə sədri Əsli Məhərrəmova stendləri gəzib, startap layihələri ilə ətraflı tanış olublar.

Müsabiqədə 56 tələbədən ibarət komandalar tərəfindən qida, yüngül sənaye, İKT, nəqliyyat sahəsini əhatə edən bir-birindən maraqlı 28 startap təqdim edilib.

"Laser Eye" komandası Mina axtaran dron startapı ilə müsabiqənin qalibi olub. İkinci yeri "Alpha Soldier" startap oyunu ilə "Yarostı Geym" komandası tutub. Üçüncü yerə isə "Yeah Crypto" startap ilə eyni adlı " komanda layiq görülüb.

Qalib komandalar pul mükafatı, sertifikat və hədiyyələrlə təltif edilib.

Qeyd edək ki, startap yarışın keçirilməsində məqsəd universitetdə startap ekosistemini inkişaf etdirmək, yeni startapların yaradılmasına kömək etmək, bu sahəyə marağı və istedadı olan gənclərdə stimul yaratmaqdan ibarətdir.