İctimai elmlər və multikulturalizm kafedrası

Yusifov Fuad Yusif

Yusifov Fuad Yusif oğlu

İctimai elmlər və multikulturalizm kafedrası müdiri

(+994 22) 257 65 43

f.yusifov@atu.edu.az

Yaranma tarixi

 

Çingiz İldırım adına Azərbaycan Politexnik İntitunun Gəncə filialında.1974-cü ildə İctimai elmlər kafedrası adı altında fəaliyyət göstərib. 1981- ci ildə filialın bazası əsasında Azərbaycan Texnologiya İnstitutu yaranandan sonra kafedra iki müstəqil “Fəlsəfə və elmi kommunizm”, ”Sov. İKP tarixi və siyasi iqtisad” kafedrasına ayrılmışdır. Kafedra 1981-1991 –ci illərdə

“Fəlsəfə və Elmi kommunizm”, 1991-1992-ci illərdə “Fəlsəfə və sosial- siyasi münasibətlər nəzəriyyəsi”, 1992-2002- ci illərdə “Fəlsəfə  və Politolo-giya”, 2002-2016-cı illərdə “Fəlsəfə və Tarix” kafedrası, 2016-cı ildən hal-hazıra kimi “İctimai elmlər və multikulturalizm”kafedrası adlanır.

Tədrisin müasir səviyəyə çatdırılması üçün kafedrada tədris olunan bütün fənnlər üzrə mühazirə mətnlərinin elektron versiyası hazırlanmış,eləcədə internet vasitəsi ilə MDB ölkələrinə və Türkiyə Respublikasında ictimai elmlərin tədrisi sahəsində təcrübəni öyrənməklə ən müasir praqram  və elmi- metodik vəsait əldə edilmişdir.

Kafedra M.V. Lomonosov adına Moskva Dövlət Universiteti, Belorusiya Dövlət Universiteti, Bakı Dövlət Universiteti və şəhərimizdəki ali məktəblərin oxşar kafedraları ilə sıx əlaqə saxlayıb, əməkdaşlıq edir.

Kafedranın professor –müəllim heyəti 12 nəfər, texniki heyəti isə  2 nəfərdir. Professor –müəllim heyətinin 4 nəfəri dosent, 7 nəfəri baş müəllim və 1 nəfəri isə müəllimdir.

 İxtisaslar

Qeyri-ixtisas kafedrasıdır

İctimai elmlər və multikulturalzm  kafedrasında tədris olunan fənnlər

 

Ali təhsilin bakalavriat səviyyəsi üzrə fənlərin siyahısı:

 

1. Azərbaycan tarixi

2. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya

3. Fəlsəfə

4. ARK və hüququn əsasları

5. Turizm hüququ

6. Kommersiya hüququ

7.Nəqliyyat hüququ

8.Turist psixologiyası və davranışı

9.Multikultutralzm

10.Etnoqrafiya

11.Ədəbiyyat və milli-mənəvi  kimlik

12. Arxeologiya, mədəniyyət və turizm

13.Dünya və Azərbaycan muzeyləri

14.Ekologiya hüququ

15.Mülki və inzibati hüquq

 

Ali təhsilin magistratura səviyyəsi üzrə fənlərin siyahısı:

 

1. Ali məktəb pedaqogikası

2. Psixologiya

3. Azərbaycan multikulturalzmi 

 

Göstərilən  fənlərin  proqramları Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunub və çap edilmişdir.

Kafedrada tədrisi nəzərdə tutulmuş fənlər üzrə və bu fənlərin tədrisinin kredit sisteminin tələblərinə uyğun aparılması üçün illik iş planı,fənlər üzrə təsdiq edilmiş fənn proqramları, sillabusları, fənlər üzrə müəllimlərin tədris iş planları      (forma 3 və 6), müəllimləri açıq dərslərinin qrafiki, müəllimlərin məsləhət saatlarının  qrafiki və aparılacaq elmi seminarların qrafiki tərtib edilmiş və təsdiqlənmişdir.    

Kafedrada professor- müəllim heyətinin tədris ilində mühazirə mətnlərinin elektron variantları vardır, onlar universitetin  kitabxanasına təhvil  verilmiş və onlara mütəmadi nəzarət olunur.

İmtahanlara bir ay qalmış test sualları və imtahan biletləri tərtib edilir və kafedra iclasında təsdiq olunur.

 

Elmi-tədqiqat  işləri

 

Davamlı  inkişafın dialektikası

2021-ci il – Davamlı inkişaf fəlsəfəsi: mahiyyəti,ənənəvi yanaşma, yeni meyillər,ziddiyyətlər və həlli yolları.

2022 – ci il -  Texnoloji innovasiyaların davamlı inkişafda rolu

2023 -  ci il – Bəşəriyyətin alternativi : ümumbəşəri və milli dəyərlərin

nisbəti davamlı inkişaf konteksində

Elmi-tədqiqat işinə dosent H.T.Budaqov rəhbərlik edir və aşağıdakı əmək­daşlar  bu işə cəlb olunmuşdur: dosentlər  F.Y.Yusifov, S.Ə.Məmmədova,  M.İ.Tağı­ye­va,  baş müəllimlər  R.A.Hüseynov, Ş.U.Həsənov, Z.R.Novruzova A.R.Tağı­yeva, N.M.Əhmədov S.H.Abbasova, M.E.Mustafayeva.

Planlaşdırılmış elmi-tədqiqat işləri nəzəri xarakter daşıyır

 

Tədris-metodiki təminat

 

2019- cu il – 1 monoqrafiya,26 məqalə(9-u xaricdə)

                     4 tezis,6 fənn proqramı

 

2020 – ci il –9 məqalə (3 respublikada),(6xaricdə) o     

                      cümlədən 2-si impakt jurnalda 4 fənn proqramı

      

2021 – ci il – 8 məqalə (4 respublikada), (4xaricdə) 4 fənn

                           proqramı

 

2022 – ci il -5 məqalə (3 respublikada), (2xaricdə) , 17 tezis

                        2 fənn proqramı

 

2023 – cü il -12 məqalə (8 respublikada), (4xaricdə) 10 tezis

                          6 fənn proqramı

 

Kafedra əməkdaşlarının inzibati-ictimai fəaliyyəti

Kafedranın əməkdaşları şəhərin və universitetin ictimai işlərində  fəal iştirak edirlər, o cümlədən Universitetdə keçirilən ictimai – siyasi tədbirlərdə təşkilatçılıq edirlər.

Kafedranın nəzdində tələbə - müəllim birliyi adı altında “ Kitab oxuyaq” klubu fəaliyyət göstərir və kafedranın baş müəllimləri Z.R.Novruzova və M.E.Mustafayeva rəhbərlik edirlər.

Kafedranın dos.H.T.Budaqov Azərbaycan Texnologiya Universitetinin ağsaqqallar şurasının sədridir

Kafedranın əməkdaşları Yeni Azərbaycan Partiyasının üzvüdür.Onların keçirdiyi bütün tədbirlərdə fəal iştirak edirlər.

Uzun illər kafedra müdiri işləmiş fəlsəfə üzrə alim,professor Abdullayev Oruc İsmayıl oğludur.

Professor-müəllim heyəti

Yusifov Fuad Yusif oğlu

Kafedra müdiri, dosent


Məmmədova Süsənbər Əsəd qızı

Dosent


Budaqov Hüseyn Tağı oğlu

Dosent


Tağıyeva Mehriban İmran qızı

Dosent əvəzi


Əhmədov Nüsrət Məsim oğlu

Baş müəllim


Həsənov Şahmar Umud oğlu

Baş müəllim


Hüseynov Rafiq Alcəfər oğlu

Baş müəllim


Tağıyeva Aidə Rza qızı

Baş müəllim


Zəminə Rəsul qızı Novruzova

Baş müəllim


Abbasova Səlminə Hidayət qızı

Baş müəllim


Mətanət Eldar qızı Mustafayeva

Baş müəllim


Cəfərova Heyran Mehman qızı

Müəllim


Bayramova Lamiyə İlyas qızı

Müəllim