Elanlar
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

UTECA-da I qrup üzrə QİYABİ YERLƏR iki ixtisas üzrədir

Azərbaycan Texnologiya Universitetində (UTECA) I qrup üzrə QİYABİ YERLƏR iki ixtisas üzrədir – Qida mühəndisliyi və Radiotexnika və telekommunikasiya mühəndisliyi. Bu ixtisasların hər birinə 10 qiyabi yer verilib. UTECA-da I qrup ixtisaslara ayrılan yerlər, illik ödəniş haqqı və müsabiqə balı ilə bağlı daha ətraflı: Şərabçılıq* 100 yer, müsabiqə balı 150 (1550 AZN)Qida mühəndisliyi 25 yer, müsabiqə balı 200 (əyani 1250 AZN, qiyabi 1200 AZN) Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi 30 yer, müsabiqə balı 200 (1450 AZN)Nəqliyyat mühəndisliyi* 60 yer, müsabiqə balı 200 (1450 AZN) Ekologiya mühəndisliyi* 50 yer, müsabiqə balı 150 (1550 AZN)Sənaye mühəndisliyi 15 yer, müsabiqə balı 200 (1250 AZN) Metallurgiya mühəndisliyi 15 yer, müsabiqə balı 200 (1250 AZN)Mühəndis fizikası 20 yer, müsabiqə balı 200 (1250 AZN) Proseslərin avtomatlaşdırılması mühəndisliyi 15 yer, müsabiqə balı 200 (1450 AZN)Radiotexnika və telekommunikasiya mühəndisliyi 40 yer, müsabiqə balı 200 (əyani 1450 AZN, qiyabi 1350 AZN) İnformasiya texnologiyaları 30 yer, müsabiqə balı 200 (1450 AZN)Kompüter mühəndisliyi* 60 yer, müsabiqə balı 200 (1550 AZN) *Müsabiqə rus dili ilə birgə aparılır     716 dəfə oxunub

“Mühəndislik elmlərində innovativ texnologiyalar”

“Mühəndislik elmlərində innovativ texnologiyalar” 30 iyun 2021-ci il tarixində Azərbaycan Texnologiya Universiteti (UTECA) və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə gənc tədqiqatçı mühəndislərin “Mühəndislik elmlərində innovativ texnologiyalar” mövzusunda I elmi-texniki konfransı keçiriləcək. Konfransa məqalə qəbuluna başlanılıb. Ətraflı:https://drive.google.com/.../1pTH.../view... 676 dəfə oxunub

Region gəncləri və tələbələrinin nəzərinə

Region gəncləri və tələbələrinin nəzərinə ✓Təqdim etməyə çəkindiyiniz hər hansı bir biznes planınız və ya sosial ideyanız var?✓ Fərq yaratmaq üçün yaradıcılığınızdan və bacarıqlarınızdan istifadə etməkdə həvəslisiniz?✓ Öz şəxsi işinizi qurmaq haqqında düşündünüzmü?✓Yaşadığınız regiona öz töhvənizi vermək istəyirsinizmi? Yuxarıda göstərilənlərdən hər hansı birinə “bəli” cavabını verirsinizsə, “British Council” və UNEC sizi - region gənclərini və tələbələrini 21-23 iyun 2021-ci il tarixində baş tutacaq Creative Spark StartUp Təlimi - onlayn müəssisə düşərgəsinə dəvət edir. Təcrübəli mütəxəssislərdən birbaşa sahibkarlıq sahəsində yeni bacarıqlar qazanmağa imkan verəcək ödənişsiz təlimlər onlayn qaydada, Azərbaycan dilində keçiriləcəkdir. Hər təlim 2 saat (14:00-16:00) davam edəcək. Təlim günlərinin mövzuları:21 iyun- Biznes fürsətlərinin təyin olunması, Bazar İqtisadiyyatında boşluqların tapılması22 iyun- Effektiv Biznes modelinin qurulması23 iyun- Biznes planın tərtib olunması Bootcamp zamanı✓ Fərqli sənaye sahələrin mentor qruplarından mütəxəssis məsləhətləri ala;✓ İdeyanı hakim heyət və qonaq auditoriyasına təqdim edə, istənilən hədəfə nail olmaq məqsədilə təqdimat bacarıqlarınızı inkişaf etdirə;✓ İdeyalarınızı gerçəkləşdirməyə kömək edəcək potensial maliyyə mənbələri haqqında məlumat əldə edə biləcəksiniz. Qeydiyyat linkji: https://forms.office.com/r/1FKSHzBmPzƏlaqə: [email protected] 680 dəfə oxunub


Avropada təqaüdlə təhsil imkanı

Avropada təqaüdlə təhsil imkanı Azərbaycan Texnologiya Universiteti İspaniyanın Jaen Universiteti ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir. Əməkdaşlıq çərçivəsində UTECA-nın 3 tələbəsinə İspaniyada 1 semestr müddətinə ingilis dilində təhsil alması üçün qrant ayrılıb. Proqrama universitetin Avtomatika, telekommunasiya və informatika, İqtisadiyyat və idarəetmə fakültələrinin I və II kurs əyani təhsil alan tələbələri müraciət edə bilərlər. Proqramdan yararlanacaq tələbələrin bütün xərcləri proqram tərəfindən ödəniləcək. Tələbələrin seçimi aşağıdakı meyarlar əsasında aparılacaq:✓ ÜOMG✓ Müsahibə Müsahibədə iştirak etmək istəyən tələbələr 25 may 2021-ci il tarixinədək Elm və xarici əlaqələr mərkəzi ilə (Tel: 022 257 35 78; Mob: 070 503 12 99) əlaqə saxlayıb qeydiyyatdan keçə bilərlər. 713 dəfə oxunub

UTECA-nın 50 illiyinə həsr edilmiş məqalələr toplusu çapdan çıxıb

UTECA-nın 50 illiyinə həsr edilmiş məqalələr toplusu çapdan çıxıb Azərbaycan Texnologiya Universitetinin 50 illiyinə həsr edilmiş “Universitet sənaye əlaqələrinin keyfiyyət təminatının əsas problemləri” adlı beynəlxalq elmi-praktik konfransın məqalələr toplusu çapdan çıxıb.Elmi nəşrə 10 yaxın ölkədən ümumilikdə 170 tezis daxil edilib. 689 dəfə oxunub

Milli Məclisin deputatı Aqil Abbas UTECA tələbələri ilə görüşəcək

Tanınmış yazıçı-publisist, Milli Məclisin deputatı Aqil Abbas UTECA tələbələri ilə görüşəcək. Təşkilatçı: İqtisadiyyat və idarəetmə fakültəsi Tələbə Elmi Cəmiyyəti Mövzu: "Bir qərinəlik mübarizəmiz" Tarix: 7 may, 15:30 Görüş Zoom platforması vasitəsilə həyata keçiriləcək. Qatılmaq istəyən UTECA tələbələri [email protected] poçt ünvanı ilə əlaqə saxlaya bilərlər. 664 dəfə oxunub