Elanlar
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan Texnologiya Universitetində Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcəkdir

          6-7 may 2024-cü il tarixində Azərbaycan Texnologiya Universitetində (ATU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Dördüncü sənaye inqilabı dövründə elm və texnologiyaların mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda hibrid formatda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcəkdir. 

*  Konfransın bölmələri universitetin istiqamətlərinə müvafiq olaraq aşağıdakı kimi müəyyənləşdirilib: 

-        Qida mühəndisliyi və texnologiyaları

-        Süni intellekt, elektronika və informasiya texnologiyaları

-        Tekstil və yüngül sənaye

-        Dizaynda  innovativ texnologiyalar

-        Maşınqayırma, nəqliyyat və logistika

-        Metallurgiya  mühəndisliyi

-        Rəqəmsal iqtisadiyyat və idarəetmə

-        Turizm sənayesinin  təşkili

-        Ətraf mühit, təhlükəsizlik və dayanıqlı inkişaf

-        Fundamental elmlər və innovativ texnologiyalar

-        Multikultural təhsildə innovativ texnologiyalar

 

*  Konfrans materialları aşağıdakı tələblərə uyğun olaraq hazırlanmalıdır:

-        Konfrans materialları Azərbaycan, Rus və ya İngilis dillərində qəbul olunur;

-        Mətn “Microsoft Word ” redaktorunda Arial şriftilə (hərflərin ölçüsü-12 pt, interval-1,5, abzas-1,25), boş sahələrin ölçüləri soldan-25 mm, sağdan-15 mm, yuxarı və aşağıdan 20 mm olmaqla, A4 formatlı standarta (210x297 mm) uyğun hazırlanmalıdır;

-        Konfrans materialının mətni 3 səhifəyə qədər olmalıdır;            

-        Mətnin əvvəlində ortadan materialın mövzusu, onun altında tədqiqatçıların adı və soyadı, müəssisənin adı, müəlliflərin elektron poçt ünvanı yazılır (hər biri qalın şrift ilə);

*  Konfrans materialında istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr aşağıdakı qaydada göstərilir:

-        Ədəbiyyət siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələbləri əsasında göstərilir;

-        Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir;

-        İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir;

-        Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına üstünlük verilməlidir;

-          İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içində kvadrat mötərizədə göstərilir.

*  Ən azı bir xarici ədəbiyyata istinad arzuolunandır. 

*  Konfrans materialının sonunda xülasə verilir (Azərbaycan dilində yazılmış materiala İngilis və Rus dillərində, Rus dilində yazılmış materiala İngilis dilində). İngilis dilində yazılmış konfrans materialının xülasəyə ehtiyacı yoxdur.  Müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələr elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə materialın, müəllifin və müəssisənin  adı yuxarıda qeyd olunan qaydada göstərilməlidir.

*  Konfransın redaksiya heyətinə təqdim olunan materialın orijinallığı 85 %-dən az olmamalıdır.

*  Konfrans materialları konkret və konfransın mövzusuna uyğun olmadıqda, yuxarıda qeyd olunan tələbləri ödəmədikdə Təşkilat komitəsi tərəfindən qəbul edilmir və bu barədə müəlliflərə məlumat verilmir.

*  Çıxış üçün qəbul edilən konfrans materialı haqqında məlumat müəlliflərə konfransa 3 gün qalmışa qədər (son tarix 3 may) göndərilir.

*  Konfransda çıxış edən hər bir  tədqiqatçıya sertifikat verilir. Dinlənilmiş çıxışlardan nəşr üçün yararlısı sədr və həmsədrlər tərəfindən müəyyən edilib protokollaşdırılır.  Protokol Təşkilat komitəsinə təqdim olunur.

*  Konfrans materialları  20 gün ərzində (mayın 27-ə qədər) PDF formatında konfransın rəsmi saytında( https://conference.atu.edu.az/ )yerləşdirilir.

*  Konfransda iştirak ATU və xarici ölkələri təmsil edən əməkdaşlar, gənc tədqiqatçılar (doktorant, dissertant və magistrantlar) üçün ödənişsizdir. Digər iştirakçıların konfrans materialının hər səhifəsi üçün 5 manat nəzərdə tutulur. Konfrans materialları ödəniş qəbzi ilə birgə təqdim olunmalıdır. 

*  Ödəniş üçün tələb olunan rekvizitlər aşağıdakılardır:

AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİ MMC

VÖEN: 2300343181

H/H: AZ39AIIB38060019440135272127

Bankın adı:  “Kapitalbank” ASC Gəncə filialı

Bankın kodu:  200275

VÖEN:  9900003611

Müxbir hesab:  AZ37NABZ01350100000000001944

S.W.I.F.T. BİK: AIIBAZ2X

*  Konfrans materialları 15 aprel 2024-cü ildən gec olmayaraq conference@atu.edu.az elektron poçt ünvanına göndərilməlidir.

Ünvan: Gəncə ş. AZ2011 Şah İsmayıl Xətai prospekti 103

Tel: (022) 257 00 46

e-mail: conference@atu.edu.az

ATU vakansiya elan edir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Azərbaycan Texnologiya Universiteti
Aşağıda adları göstərilən vakant olan vəzifələrin tutulması üçün
müsabiqə elan edilir:
Maşın  mühəndisliyi və logistika kafedrası      – kafedra müdiri
Xarici dillər kafedrası                                       – baş müəllim - 1 yer
Ətraf mühitin mühafizəsi kafedrası                  – dosent - 1 yer
İqtisadiyyat kafedrası                                        – dosent - 1 yer
                                                                          – baş müəllim - 1 yer
İctimai elmlər və multikulturalizm kafedrası    – dosent - 1 yer
                                                                           – baş müəllim - 1 yer
Kompüter mühəndisliyi və telekommunikasiya
kafedrası                                                            – baş müəllim - 1 yer
 
Sənədlərin təqdim olunması bu elan dərc edildiyi tarixdən 1 ay müddətindədir.
Müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-100 nömrəli 05 fevral 2018-ci il tarixli “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları” və 401 nömrəli 07 avqust 1996-cı il tarixli “Ali təhsil müəssisələrində kafedra müdiri, professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” əmrə uyğun olaraq elan olunduğu gündən başlayaraq 1 ay müddətində qəbul edilir.
Sənədlər təlimata uyğun olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir.
 
Ünvan: AZ 2011, Gəncə şəhəri, Ş.İ.Xətai pr. 103
Əlaqə telefonu: 022-257-56-29
 
                         REKTORLUQ
 
 

Avropada təqaüdlə təhsil imkanı!

Azərbaycan Texnologiya Universiteti (ATU) İspaniyanın Granada Universiteti ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir. Əməkdaşlıq çərçivəsində ATU-nun 1 (bir) doktorantına İspaniyada 3 (üç) ay müddətinə tədqiqat aparmaq üçün qrant ayrılıb.

Seçim aşağıdakı meyarlar əsasında aparılacaq:
✓ Müsahibə
✓ Tədqiqat fəaliyyəti
✓ İELTS Sertifikatı

Müsahibədə iştirak etmək istəyən doktorantlar 26 fevral 2024-cü il tarixinədək Beynəlxalq əməkdaşlıq şöbəsi ilə (tel: 022 257 35 78; II korpus 3-cü mərtəbə, otaq 2316) əlaqə saxlayıb qeydiyyatdan keçməlidirlər.


ATU əməkdaşları üçün Avropada təqaüdlü mübadilə imkanı

Azərbaycan Texnologiya Universiteti İspaniyanın Qranada Universiteti ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir. Əməkdaşlıq çərçivəsində ATU-nun inzibati heyəti üçün bir həftəlik tam təqaüdlü qrant yeri ayrılıb. Proqramdan yararlanacaq əməkdaşların bütün xərcləri proqram tərəfindən ödəniləcək. Əməkdaşların seçimi aşağıdakı meyarlar əsasında aparılacaq:

✓ Müvafiq sahə üzrə staj
✓ İngilis dilində sərbəst ünsiyyət bacarığı

Müsahibədə iştirak etmək istəyən əməkdaşlar 15 fevral 2024-cü il tarixinədək Beynəlxalq əməkdaşlıq şöbəsi ilə (Tel: 022 257 35 78, II korpus 3-cü mərtəbə otaq 2316) əlaqə saxlayıb qeydiyyatdan keçməlidirlər.

Azərbaycan Texnologiya Universitetində şahmat idman növü üzrə birincilik  keçiriləcək

14 fevral tarixində keçiriləcək yarış universitetin əməkdaşları arasında baş tutacaq.
Qeyd edək ki, yarış Azərbaycan Texnologiya Universitetinin İdman klubunda keçiriləcək.

Universitetimizin professor-müəllim heyəti, magistr və doktorantlarının nəzərinə!

20 fevral saat 11:30-da universitetimizdə Trier Tətbiqi Elmlər Universitetinin (Almaniya) Magistratura şöbəsinin müdiri Prof. Dr. Patrick Siegfriedin “Startap şirkətlərində xidmət mühəndisliyi” mövzusunda elmi seminarı baş tutacaq. Hər biriniz seminarda iştiraka dəvətlisiniz.