Məmmədov Elşad Ərşad oğlu

Kafedra müdiri, pofessor əvəzi

(+994 22) 257 20 75

e.mammedov@atu.edu.az

      Mən, Məmmədov Elşad Ərşad oğlu 13 noyabr 1952 ci ildə Şirvan (Əli-Bayramlı) şəhərində anadan olmuşam. 1959 cu ildə Gəncə şəhərində 4 nömrəli orta məktəbə getmişəm. 1969 cu ildə həmin məktəbi bitirmişəm, Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olmuşam. Universiteti bitirib, 1974 cu ildən İmişli 10 nömrəli Dəmir Beton zavodunda mühəndis texnoloq vəzifəsində işə girmişəm. 1978 ci ildən Azərbaycan Politexnik İnstitunun Gəncə filialında elmi işçi işləmişəm, 1979 cu ildə filialın komsomol komitəsinin katibi seçildim. 1980 ci ildən kimya kafedrasında laborant vəzifəsində işlədim. 1982 ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsində aspiranturaya qəbul olundum. 1986 cı ildə namizədlik (phd) dissertasiyasını müdafiə edərək kimya elmləri namizədi dərəcəsini aldım. 1985 ci ildən 2012 ci ilədək Azərbaycan Texnologiya Universitetində baş laborant, assistent, dosent, elmi işlər üzrə prorektor vəzifələrində işlədim. 2010 cu ildə doktorluq dissertasiyasını müdafiə edərək kimya və ekologiya ixtisasları üzrə doktorluq dərəcəsini aldım. 2012 ci ildən Azərbaycan Dövlət Aqrar Universitetinin ekologiya kafedrasına professor vəzifəsinə seçildim. 2013 cü ildən Azərbaycan TexnologiyaUniversitetinin ekologiya mühədisliyi kafedrasının müdiri seçildim. 2019 cu ildən Azərbaycan Milli Elmlər Akademiyasınin Gəncə Bölməsinin Ekologiya və təbii ehtiyatlar institutunun direktor müavini, AMEA Gəncə Bölməsinin sədr müavini vəzifəsində işləmişəm. 2020 ci ildən Azərbaycan Texnologiya Universitetinin Turizm sənayesinin təşkili və ekologiya kafedrasının professoru vəzifəsinə seçildim.

Evliyəm, 3 evladım var.