Elmi-tədqiqat siyasətimiz
Universitetin elmi fəaliyyəti Azərbaycan Texnologiya Universitetinin elmi-pedoqoji kadrlarınin hazırlanmasına, onların elmi fəaliyyətinə, elmi-pedoqoji tədris işlərinin planlaşdırılmasının və yerinə yetirilməsinin nəticələrinin istehsalata, tədris prosesinə tətbiq olunması haqqında hesabatların tərtib olunmasına, müzakirədən keçirilməsinə, əməkdaşların elmi yaradıcılığının tədris-təlim işləri ilə əlaqələndirilməsinə xidmət edir.Elmi fəaliyyət yüksəkrəqabətli insan kapitalının formalaşdırılmasına, reytinqin artırılması prioritetinə, professor-müəllim və tələbə heyyətinin tətqiqat və inkişafa cəlb edilməsinə dəstək verir.
Elmi tədqiqat fəaliyyəti Universitetn Strategiyasının aşağıda qeyd olunan hədəflərıni əhatə edir:
-Professor-müəllim heyyətindən elmi dərəcə və elmi adların sayının artırılması, ixtisasartırma (yenidən hazırlanma) kurslarını keçmiş əməkdaşların olması(həmçinin xarici ölkələrdə) (AK);
-Professor-müəllim heyətindən 50%-nin ən az bir xarici dil bilməsi;
-“QS World University Rankings” üzrə yüksəldilmə;
-Professor-müəllim heyətinin elmi məqalələrinin sayı(AK);
-Keçirilmiş elmi tədbirlərin sayının artırılması;
-Universitetdə nəşr olunan jurnalların və beynəlxalq elmi konfransların nəşr materiallarının beynəlxlaq səviyyədə tanıdılması;
-Beynəlxalq elmi jurnallarda, o cümlədən, impakt faktorlu jurnallarda (Scopus, WoS indeksli) çap olunan məqalələrin sayının artırılması(AK);
-Tələbələrin startaplarda fəal iştirakına nail olunması;
- Professor-müəllim heyyətinin milli və beynəlxalq patent müraciətlərinin sayının artırılması;
-Universitetin professor-müəllim heyyəti və gənc tədqiqatçıların elmi potensialını gücləndirmək üçün təlimlərə cəlb edilməsi;
-Sənaye üçün elmi işlərin sayının artırılması.
ELMİ TƏDQİQATIN ƏSAS VƏZİFƏLƏRİ
- ATU-nun kafedra və laboratoriyalarının elmi-tədqiqat fəaliyyətinə təşkilati metodik rəhbərliyin, planlaşdırmanın, kordinasiya və nəzarətin icrası.
- Universitetin müəllim və tələbə kollektivinin elmi-tədqiqat işlərinin təkmilləşdirilməsi.
-Beynəlxalq tələbata müvafiq kadr hazırlığı istiqamətində fundamental və tətbiqi elmi tədqiqat işlərinin inkişaf edilməsi.
-Beynəlxalq elmi əməkdaşlığın inkişaf etdirilməsi.
-Elmi – tədqiqat və innovasiya fəaliyyəti ilə məşğul olan əməkdaşların nailiyyətlərinin universitetin saytında mütəmadi təbliğatının aparılması.
-Yerinə yetirilmiş elmi-tədqiqar işləri və elmi pedaqoji kadrların hazırlanması haqqında illik hesabatların tərtib edilməsi.
-Tətbiq olunması vacib hesab edilən elmi-tədqiqat işlərindən istehsalıatda istifadə edilməsi üzrə müvafiq təkliflərin hazırlanıb yayılması.
- Yerinə yetirilmiş elmi-tədqiqat işlərinin qeydiyyata alınmasının və başa catdırılmış elmi tədqiqat işləri haqqında hesabatların müvafiq qaydada hazırlanmasının təşkili.
-Professor müəllim heyətinin, mühəndis-texnoloq, texniki personalın, doktorant – disertant, magistrantların, bakalavriatların respublikada və xaricdə kecirilməsi planlaşdırılan elmi tədbirlər haqqında məlumatlandırılmasının və iştirakının təşkil edilməsi.
-ATU-nun bakalvrların və magistrantların elmi fəaliyyətə cəlb edilməsinin gücləndirilməsinə yönəldilən tədbirlərin işlənməsi.
-ATU-nun elmi – praktik konfranslarınin aktual mövzulara həsr olunmasının və keçirilməsnin təşkili
-ATU əməkdaşlarının ixtiralarının potentləşdirilməsi üzrə işlərini innovasiyalar üzrə mütəxəssisə həvalə etməklə prosesin icrası ücün lazım olan sənədləşmənin aparılması.
-Elmi-tədqiqat mərkəzinin vəzifələrinin təkmilləşdirilməsi, tədqiqat laboratoriyalarının yaradılması, ləğv edilməsi haqqında təkliflərin toplanması və elmi şuranın müzakirəsinə hazırlanması.
-Müəllim və tələbələrin tədqiqat yönümlü Startap fəaliyətin daim genişləndirilməsi,onların müsabiqələrdə iştirakının təşkili.
-Tələbə Elmi Cəmiyyətin fəaliyyətinin universitetin elmi işləri ilə əlaqəli təşkil edilməsi.
-Tələbə klublarında Tələbə Elmi Cəmiyyətinin mütəmadi fəaliyyətinə nəzarət edilməsi.
-ATU- nun Elmi potensialının lazımı formada saxlanılması ,inkişaf etdirilməsi ücün universitetdə ildə 1 (bir) dəfədən az olmayan beynəlxalq və respublika konfranslarının yaxud simpoziumların kecirilməsi.
-Elmi tədqiqat -təhsil prosesinin cari tələblərinin və müvafiq təşkilati işlərin icra edilməsi.