Beynəlxlaq təşkilatlarla əlaqə

Asiya İnkişaf Bankı

 

Asiya İnkişaf Bankı -  Asiya İnkişaf Bankının maliyyələşdirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsinin icrasına başlanmışdır.  

Layihənin məqsədi aşağıdakılardan ibarətdir:

• Status-kvo analiz – universitetdə təhsilalanların startaplar haqqında məlumatlılıq səviyyəsinin öyrənilməsi;

• Startapların idarə olunması ilə bağlı təlimlər;

• Universitetin strategiyasının innovasiyalar və startaplar baxımından təhlili;

• İnformasiya transferi;

• Universitetin startaplarla bağlı yerli və beynəlxalq əlaqələrini genişləndirmək və layihənin əsas məqsədi Gəncə şəhərində ümumi startap ekosisteminin inkişafına töhfə vermək və bütün maraqlı tərəflərin, o cümlədən KOBİA-nın da layihədə iştirakını təmin etməkdir.