2025-ci il 17 aprel tarixində Azərbaycan Texnologiya Universitetinin (ATU) İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə universitetin 55 illiyinə həsr edilmiş “GreenTech” II Startap və Yaşıl Texnologiyalar müsabiqəsinin keçirilməsi nəzərdə tutulur.
Müsabiqənin məqsədi Azərbaycanda texnoloji yeniliklər və yaşıl texnologiyalar istiqamətində inkubasiya mühitinin inkişafına dəstək olmaqdır. Yarış iştirakçıların rəqəmsal ekologiya, ətraf mühitin monitorinqi və təhlili, ağır yüklərin daşınması üçün dron və avadanlıq, eləcə də insanlıq üçün faydalı texnoloji həllər kimi bir çox sahələrdə yaradıcı fikirlərini ortaya qoymalarını təmin edəcək.
Bu müsabiqə həmçinin, Azərbaycanın ekoloji vəziyyətinə müsbət təsir göstərəcək, davamlı inkişaf və innovativ həllərin tətbiqi istiqamətində gənclərin potensialını artıracaq və ətraf mühitin qorunmasında müasir texnologiyaların istifadə edilməsi ilə bağlı yeni yanaşmaları yaratmağa təşviq edəcək.
Ətraflı Greentech 1