Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/07/23 : “Sosial hüquqların araşdırılmas

Xəbərlər

Vətəndaşlara hüquqi yardım göstərilib
Dərc edən: Admin Tarix: 2019-07-23

“Sosial hüquqların araşdırılması” İctimai Birliyi Azərbaycan Texnologiya Universitetində “Sosial qanunvericiliyin müasir vəziyyəti və perspektivləri” mövzusunda ictimai müzakirə keçirib. “Sosial Hüquqların təmin edilməsi məqsədilə ödənişsiz hüquqi yardım xidmətlərinin təşkili” layihəsi çərçivəsində təşkil edilən görüşdə əlillər də iştirak ediblər.  

Layihə rəhbəri Mayis Əliyev açaraq proqramın mahiyyəti barədə, Bu çərçivədə yaradılmış Sosial məsələlər üzrə Hüquq Klinikasında sosial müdafiəyə ehtiyacı olan şəxslərə göstərilmiş hüquqi xidmətlər, eləcə də sosial qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər barədə geniş məlumat verib.

Tədbirdə layihə üzrə sosial işçi Ülvi Əliyev, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Əlil Qadınlar Cəmiyyətinin Gəncə regional şöbəsinin rəhbəri Elmira İsmayılova, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Natiq Əliyev, hüquqşünas Raul İsmayılov, BMT-nin Uşaq fondunun Gəncə şəhəri üzrə layihə koordinatoru, sosial işçi İnarə Məmmədova sosial hüquqların həyata keçirilməsi zamanı meydana çıxan problemlərin aradan qaldırılması və sosial qanunvericiliyin təkmilləşdirilməsi prespektivləri ilə bağlı məsələlər ətrafında çıxışlar ediblər. Çıxışlarda çətin həyat şəraitində olan şəxslərin (ailələrin ) əmək, pensiya, müavinət, tibbi yardım, mənzil və s. hüquqları ilə bağlı məlumatlar, onların hüquqlarının  müdafiəsi üsulları və sosial qanunvericiliyin təkmilləşməsi istiqamətində tövsiyyələr verilib.

Sonra layihə rəhbəri tədbir iştirakçılarının suallarını cavablandırıb, müraciət edənlərə fərdi qaydada hüquqi yardım göstərilib.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov