Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/07/23 : “Sosial hüquqların araşdırılmas

Xəbərlər

Nəqliyyatın logistikası ixtisaslaşmasında magistr hazırlığı həyata keçiriləcək
Dərc edən: Admin Tarix: 2019-07-19

ERASMUS+ CRENG  “Nəqliyyat xidmətləri üzrə böhran və risk mühəndisliyi” layihəsi çərçivəsində magistratura səviyyəsində yeni tədris planının formalaşdırılması üçün Azərbaycan Texnologiya Universiteti (UTECA), Bakı Mühəndislik Universiteti və Azərbaycan Texniki Universitetinin (AzTU) mütəxəssisləri birgə görüş keçiriblər. 

Görüşdə indiyədək layihə çərçivəsində  görülən işlər müzakirə edilib, magistratura səviyyəsində “Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili” ixtisası üzrə  Nəqliyyatın logistikası ixtisaslaşmasında magistr hazırlığının həyata keçirilməsi  qərara alınıb. Bundan başqa tədris planında nəzərdə tutulan fənlər və  onların məzmunu müzakirə edilərək ilkin razılıq əldə edilib.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov