Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/07/23 : “Sosial hüquqların araşdırılmas

Xəbərlər

EQAC komandası texniki məsələrlə bağlı bir araya gəlib
Dərc edən: Admin Tarix: 2019-07-10

EQAC komandası texniki məsələrlə bağlı bir araya gəlib. Bakı Biznes Universitetində təşkil olunan 1 günlük təlimdə müəssisə daxilində keyfiyyətin təminatı üçün istifadə olunan tətbiqi proqram təminatı QPR Graphics və QPR Metrics Avropa Təhsil Standardları (ESG) əsasında real vəziyyət işlənib. Azərbaycan Texnologiya Universitetinin keyfiyyət təminatına dair tətbiqi  proqramını universitetin tədris işləri üzrə prorektor Vüqar İsmayılov və Keyfiyyətin təminatı şöbəsinin müdiri Asiman İlyasov test ediblər, sisteminin  funksiyalarının  necə işlədiyini əyani şəkildə yoxlayıblar. UTECA nümayəndələri keyfiyyətin təminatı ilə bağlı Avropa Təhsil Məkanının (EHEA) təcrübəsini öyrənmək üçün təlimdə iştirak edən avropalı təhsil ekspertləri ilə təcrübə mübadiləsi aparıblar.

EQAC (Azərbaycan Ali Təhsil Müəssisələrində Keyfiyyətin Təminatı Mərkəzlərinin Qurulması) layihəsi Avropa Komissiyası tərəfindən maliyyələşən ERASMUS+ proqramı çərçivəsində həyata keçirilir. 5 avropa, 11 Azərbaycan universitetinin iştirak etdiyi layihə tələbə yönümlü təhsil  proqramlarının yeni standartlara uyğun yazılması, tələbələrlə iş, tələbəyə dəstək, professor-müəllim heyətinin illik fəaliyyətinin reytinq qiymətləndirilməsi və stimullaşdırılması kimi bir sıra konsepsiyaları özündə birləşdirir.

EQAC çərçivəsində indiyə qədər İngiltərə, Litvada, İsveçdə UTECA əməkdaşlarının aktiv iştirak etdiyi müxtəlif təlimlər təşkil olunub.

 

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov