Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/07/12 : Azərbaycan Texnologiya Universitetind

Xəbərlər

Texnoloqlar qalib oldular
Dərc edən: Admin Tarix: 2019-06-19

UTECA komandası Gəncədə keçirilən mini-futbol turnirində qalib olub. Yarışda Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Gəncə Tibb Kolleci və Gəncə Dövlət Regional Kolleci tələbələri öz qüvvələrini sınayıblar.

UTECA komandası ilk oyunda GDU tələbələrini 6:2 hesabı ilə məğlub edib. Komandamız final oyununda isə ADAU-nu yenən kollec tələbələri ilə üz-üzə gəlib. Məşqçi Fariz Əliyevin rəhbərliyi altında həlledici qarşılaşmada da inamlı təsir bağışlayan gələcəyin texnoloqları bu dəfə də böyük hesabla qalib gəliblər 5:1.

Yarışın sonunda qaliblər təşkilatçılar tərəfindən qiymətli hədiyyələrlə təltif olunub.

Qeyd edək ki, mini futbol çempionatı Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşəbbüsü ilə, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil edilən şahmat turniri və stolüstü tennis idmanı üzrə yarışdan sonra keçirilib.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov