Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/07/23 : “Sosial hüquqların araşdırılmas

Xəbərlər

Rektor və əməkdaşlar İspanyada təlimlərə qatılıblar
Dərc edən: Admin Tarix: 2019-06-10

Azərbaycan Texnologiya Universitetinin (UTECA) rektoru professor Akif Süleymanov və bir neçə əməkdaşı Bakı Biznes Universitetinin koordinatoru olduğu, Avropa Komissyası tərəfindən maliyyələşən Erasmus+ proqramının EQAC layihəsi (Azərbaycan Universitetlərində Keyfiyyətin təminatı mərkəzlərinin qurulması) çərçivəsində İspanyanın Alikante şəhərində təşkil olunan 1 həftəlik təlimdə iştirak ediblər. Alikante Universitetində baş tutan təlimdə UTECA-nın rektoru ilə yanaşı Keyfiyyətin təminatı şöbəsinin müdiri Asiman İlyasov, Tədris şöbəsinin müdiri Piri Axundov, Xarici Dillər kafedrasının müdiri Könül Vəliyeva, Keyfiyyətin təminatı şöbəsinin mütəxəssisi Jalə Həmzəyeva da iştirak ediblər.

Azərbaycanın 11 ali təhsil müəssisəsindən olan nümayəndələr və xarici partnyor  universitetlərlə birgə reallaşan təlimin əsas mövzusu universitetlərdə keyfiyyətin təminatı sisteminin qurulması olub.

Təlimlərdə universitetlər tərəfindən hazırlanmış hesabatlar xarici ekspertlərlə birgə müzakirə edilib, mərkəzin strukturunun formalaşması və inkişafı üçün görüləcək işlər barədə fikir mübadiləsi aparılıb. Xatırladaq ki, İspanyada baş tutan bu təlim layihə çərçivəsində İsveç, Litva və İngiltərədən sonra sayca dördüncüdür və  növbəti təlimin yenidən İsveçdə - paytaxt Stokolmda keçirilməsi nəzərdə tutulub.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov