Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/07/23 : “Sosial hüquqların araşdırılmas

Xəbərlər

CRENG-in layihə komandası perspektiv planları müzakirə edib
Dərc edən: Admin Tarix: 2019-05-30

Nəqliyyat xidmətlərində risk və böhran mühəndisliyi (CRENG) layihəsinin Azərbaycan Texnologiya Universitetindəki (UTECA) iştirakçılarından ibarət komandasının növbəti görüşü keçirilib. Görüşdə layihə çərçivəsində görüləcək işlər və onların ardıcıllığı, iştirakçıların öhdəlikləri və s. məsələlər müzakirə edilib.
CRENG-in UTECA üzrə layihə koordinatoru Orxan Vətənxah əvvəlcə komanda formalaşdırılarkən iştirakçıların hansı prinsiplər əsasında seçildiyini və onların üzərinə düşən vəzifələri izah edib. Bildirib ki, UTECA-dakı mövcud magistr proqramlarından birinin layihəyə uyğunlaşdırılması nəzərdə tutulub. Bunun üçün ən uyğun nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi ixtisasının tədris proqramı müvafiq olaraq layihənin təlim proqramına uyğunlaşdırılacaq. Həmin ixtisasda təhsil alan magistratlara layihəyə aid 16 fənnin tədrisini isə CRENG-in UTECA komandasına daxil olan müəllimlər həyata keçirəcəklər. Bununla bağlı layihənin ilk ilində komandaya üzv müəllimlər üç xarici ölkədə - Almaniya, Fransa və Polşada müvafiq təlimlərə cəlb ediləcəklər. Layihənin ikinci ilində isə magistrantlara pilot olaraq həmin fənnlərin tədrisi həyata keçiriləcək.
Görüşdə həmçinin qeyd olunub ki, layihə çərçivəsində xarici ölkələrdə keçirilməsi nəzərdə tutulan təlimlərə xüsusi fəallığı və yüksək ingilis dili biliyi ilə fərqlənən iştirakçıların cəlb edilməsi nəzərdə tutulur.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov