Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/06/26 : Azərbaycan Texnologiya Universitetind

Xəbərlər

UTECA-da Respublika Günü qeyd olunub
Dərc edən: Admin Tarix: 2019-05-27

Azərbaycan Texnologiya Universitetində (UTECA) 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib. Universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi tədbirdə bir əsr yaşı olan Şərqin ilk demokratik cümhuriyyətinin xalqımızın istiqlal tarixində oynadığı şərəfli roldan danışılıb.

Tədbiri giriş sözü ilə açan UTECA-nın rektoru, professor Akif Süleymanov bildirib ki, bu il mayın 28-də 101 yaşı tamam olan Azərbaycan Xalq Cümhuriyyəti tariximizə böyük və əlamətdar hadisə kimi daxil olub. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan etməklə xalqımızın müstəqillik əzminin, ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxdı. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında böyük xidmətləri olan dövlət xadimlərinin adı xalqımızın yaddaşına əbədi həkk olunub.

Tədbirdə çıxış edənlər də qeyd edib ki, 101 il əvvəl elan edilən Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.

Sonda Bakı Media Mərkəzinin ərsəyə gətirdiyi “Son iclas” filmi izlənilib. Ekran işində 23 aylıq şərəfli yol keçmiş Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərindən, kökumətin son qərarını hansı çətin şəraitdə verdiyindən bəhs edilir.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov