Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/06/26 : Azərbaycan Texnologiya Universitetind

Xəbərlər

UTECA-da Məzun günü və Məzun yarmarkası keçirilib
Dərc edən: Admin Tarix: 2019-05-24

Azərbaycan Texnologiya Universitetində Məzun Günü keçirilib. Bu münasibətlə UTECA-da “Karyeraya bizimlə başla!” devizi altında məzun yarmarkası da təşkil edilib. İşaxtaran məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələri gücləndirmək, gənclərin əmək bazarına inteqrasiyasını asanlaşdırmaq məqsədilə təşkil edilən yarmarkada Azərbaycan Texnologiya Universitetinnin məzunları ilə yanası Azərbaycan Dövlət Aqrar Universitetinin, Gəncə Dövlət Universitetinin və Humanitar Kollecin məzunları da istirak ediblər. Yarmarkada gənclərə 60-a yaxın xidmət və istehsal müəssisəsi tərəfindən 450 dən çox vakant yer təqdim edilib.

Tələbə və məzunlar təklif edilən iş yerləri ilə maraqlanıb, müvafiq sənədləri təqdim ediblər.

Daha sonra “Məzun–2019” buraxılış tədbirində universitetin rektoru, professor Akif Süleymanov məzunları təbrik edib və onlara gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıb. Qeyd edilib ki, bu il - 45-ci buraxılışda UTECA-nı 570 məzun bitirir. Həmçinin bu il universitetdə 37 magistr da məzun olur.

Rektor sabahın mühəndis və texnoloqlarının təbrik edərək, onların universitetdə aldıqları biliklər sayəsində uğur qazanacaqlarına, ölkəmizin inkişafına töhfələr verəcəklərinə əmin olduğunu bildirib.

Sonra təhsildə fərqlənən məzunlar mükafatlandırılıb. Tədbir konsert proqramı ilə davam edib.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov