Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/07/23 : “Sosial hüquqların araşdırılmas

Xəbərlər

UTECA tələbələri elektromobil təqdim etdi
Dərc edən: Admin Tarix: 2019-05-20

Azərbaycan Texnologiya Universitetində (UTECA) Rusiyanın Nijniy Novqorod Dövlət Texniki Universiteti ilə canlı telekörpü yaradılıb. İkili diplom əlaqələri çərçivəsində nəzərdə tutulan onlayn görüş məhsuldar olub. Belə ki, logistika, dizayn və nəqliyyatda daşınmalar ixtisasının tələbələrinin təqdim etdikləri layihələr tərəfdaş universitetin mütəxəssislərinin marağına səbəb olub. Nijniy Novqorod Dövlət Texniki Universitetinin nümayəndəsi Aleksandr Kulagin UTECA tələbələrinin 2 nəfərlik elektrik avtomobilinin əsaslandırılmış təqdimatının real nəticələr verəcəyini deyib, layihənin tezlilklə həyata keçirilməsi üçün detallı məsləhətlər verib.

Növbəti görüşdə Rusiya universitetinin tələbələri yeni ideyalarını təqdim edəcəklər. Diskusiya zamanı telekörpünün tez-tez təşkil edilməsinin və növbəti dəfə auditoriyanın daha da genişləndirilməsinin vacib olduğu vurğulanıb.

Qeyd edək ki, UTECA ilə Rusiyanın Nijniy Novqorod Dövlət Texniki Universiteti arasında mart ayında nəqliyyatda daşımalar və idarəetmənin təşkili mühəndisliyi ixtisası üzrə ikili diplom müqaviləsi imzalanıb.

Sənədə əsasən həmin ixtisasa bu il qəbul olacaq tələbələr təhsil alacaqları müddətin yarısını Azərbaycan Texnologiya Universitetində, digər hissəsini isə Nijniy Novqorod Dövlət Texniki Universitetində keçəcəklər. Sonda tələbə hər iki universitetin diplomunu əldə edəcək.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov