Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/05/24 : Azərbaycan Texnologiya Un

Xəbərlər

Həmid Araslının 110 illiyi keçirilib
Dərc edən: Admin Tarix: 2019-05-13

2019-cu ilin fevral ayında görkəmli ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Həmid Məhəmmədtağı oğlu Araslının anadan olmasının 110 illiyi tamam olub. Görkəmli Alimin yubileyinin ölkə səviyyəsində qeyd edilməsi məqsədilə  Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev 11 fevral 2019-cu il tarixdə sərəncam imazalayıb. Sərəncamdan irəli gələn tədbirlər çərçivəsində  03 may 2019-cu il tarixdə Azərbaycan Texnologiya Universitetində görkəmli folklorşünas, mətnşünas alim, akademik Həmid Araslının xatirəsinə həsr edilmiş  “Alim ömrü olduğu kimi”  adlı dəyirmi masa keçirilib. Tədbirdə  çıxış edən İctimai elmlər və multikulturalizm, Xarici dillər kafedralarının müəllimləri ədəbiyyatımızın qüdrətli yolçusunun həyat və yaradıcılığına nəzər salaraq, görkəmli akademikin  Azərbaycan ədəbiyyatının tədqiqat tarixində nə qədər müstəsna əhəmiyyətə malik olduğunu qeyd ediblər. Sonda  alimin həyat və yaradıcılığını əks etdirən video-çarx izlənib.

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov