Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/07/23 : “Sosial hüquqların araşdırılmas

Xəbərlər

UTECA tələbələri qanvermə aksiyasında
Dərc edən: Admin Tarix: 2019-04-25

UTECA-nın tələbə və müəllimləri qanvermə aksiyasına qatılıblar. Mərkəzi Qan Bankının Gəncə bölməsində aksiya iştirakçılarına bildirilib ki, 18-65 yaşlı, boyu 150 sm-dən, çəkisi isə 50 kq-dan az olmayan hər bir şəxs qan verə bilər.

Həkim hemotoloqlar Azərbaycan Texnologiya Universitetindən gələn donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürüblər. Mərkəzdə qan verənlər üçün desert masası təşkil edilib.

Aksiya hemofiliya və talassemiyadan əziyyət çəkən insanların qanla təminatı üçün nəzərdə tutulub. Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra aidiyyəti üzrə istifadə olunacaq.

 

 

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov