Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/06/19 : UTECA komandası Gəncəd

Xəbərlər

UTECA kollektivi aprel şəhidi ilə qürur duyur
Dərc edən: Admin Tarix: 2019-04-09

Azərbaycan Texnologiya Universitetinin məzunu aprel şəhidi Rəşad Niftalıyev yad edilib. “Vətən sağ olsun!” devizi ilə yürüşə çıxan UTECA tələbələri Rəşad Niftalıyevin adının həkk edildiyi, universitetin həyətində ucaldılan şəhidlər abidəsinin önündə ehtiramla baş əyiblər, gül dəstələri düzüblər.

Təhsil aldığı İqtisadiyyat və idarəetmə fakültəsinin foyesində Rəşad Niftalıyevə ayrılan guşə ətrafına toplaşanlar şəhidlə bağlı xatirələrini bölüşüblər. Qeyd olunub ki, UTECA-da biznesin idarəedilməsi ixtisası üzrə təhsil aldığı 4 ildə Rəşad çalışqan, vətənpərvər, səmimi və fəal gənc kimi seçilib. Hər zaman ata yurdu Zəngilanın işğaldan azad edilməsində şəxsən iştirak etmək arzusunda olub.

2015-ci ildə təhsilini başa vurub hərbi xidmətə yollanan Rəşad Niftalıyev xidmətini bitirməyə 3 ay qalmış şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

UTECA tələbələri 4 gün davam edən aprel döyüşlərinin şanlı zəfər yolunun başlanğıcı olduğunu, işğal altında olan torpaqlarımızın geri qaytarılması üçün hər zaman canlarından keçməyə hazır olduqlarını bildiriblər.    

 
Yuxarı
  • Developed by: Ayaz Askerov