Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/06/19 : UTECA komandası Gəncəd

Xəbərlər

UTECA ikili diplom siyahısını genişləndirir
Dərc edən: Admin Tarix: 2019-04-05

Azərbaycan Texnologiya Universiteti ilə Rəcəb Tayyib Ərdoğan Universiteti arasında ikili diplom əlaqələri qurulub. Bu məqsədlə UTECA nümayəndələri Türkiyəyə səfər ediblər. 

Rəcəb Tayyib Ərdoğan Universitetində UTECA-nı Tədris şöbəsinin müdiri Piri Axundov, Magistratura və doktorantura şöbəsinin müdiri Sadiq Əfəndiyev, İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı Nüşabə Hacıyeva və Menecment kafedrasının müdiri Xalidə Ağayeva təmsil ediblər.
3 günlük səfər çərçivəsində biznesin təşkili və idarə olunması, turizm, dövlət və bələdiyyə idarəedilməsi ixtisasları üzrə ikili diplomla bağlı danışıqlar aparılıb, gələn ildən UTECA tələbələrinin təhil müddətinin yarısını Rəcəb Tayyib Ərdoğan Universitetində davam etdirməklə ikili diplom əldə edəcəklərinə dair razılığa gəlinib.
Rəcəb Tayyib Ərdoğan Universitetinin rəhbər heyətilə işgüzar görüş çərçivəsində tədris planları, dərs proqramları geniş müzakirə olunub. Bununla yanaşı hər iki universitet arasında mövcud tələbə-müəllim mübadiləsi sahəsində yeni nəticələrin əldə olunması gündəmə gətirilib.
Qeyd edək ki, UTECA-nın Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin nəqliyyatda daşımalar və idarəetmənin təşkili mühəndisliyi ixtisası üzrə ikili diploma keçidlə bağlı Rusiyanın Nijniy Novqorod Dövlət Texniki Universiteti ilə Şimal ölkənin adıçəkilən universitetində ötən ay əməkdaşlıq memorandumu imzalanıb. Sənədə əsasən həmin ixtisasa bu il qəbul olacaq tələbələr təhsil alacaqları müddətin yarısını Azərbaycan Texnologiya Universitetində, digər hissəsini isə Nijniy Novqorod Dövlət Texniki Universitetində keçəcəklər. Sonda tələbə hər iki universitetin diplomunu əldə edəcək.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov