Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/05/24 : Azərbaycan Texnologiya Un

Xəbərlər

UTECA-nın prorektoru elmi-pedaqoji fəaliyyətini ABŞ-da davam etdirəcək
Dərc edən: Admin Tarix: 2019-03-14

 

Azərbaycan Texnologiya Universitetinin (UTECA) elm və texnika üzrə prorektoru dos. Səbuhi Yusifov ABŞ-da tədqiqatçı alim kimi fəaliyyət göstərəcək. Prorektor, sözügedən ölkənin Georgiya Dövlət Universitetinin rəsmi dəvəti əsasında fəaliyyətini bu ali təhsil ocağında davam etdirəcək.

Bu münasibətlə təşkil olunan görüşdə UTECA-nın rektoru professor Akif Süleymanov Səbuhi Yusifova uğurlar arzu edib, bu addımın universitetin nailiyyətlərindən biri olduğunu qeyd edib. 

Professor-müəllim heyətinin üzvləri Səbuhi Yusifovun UTECA-da fəaliyyətindən bəhs edərək ölkəmizi ABŞ-ın Corciya ştatında layiqincə təmsil edəcəyinə əminlik ifadə ediblər.

Sonda gənc alimə universitet adından təltifnamə verilib.

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov