Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

UTECA Rusiya universiteti ilə dual diplom proqramına qoşuldu
Dərc edən: Admin Tarix: 2019-03-13

Dövlətin təhsil strategiyasina əsasən ölkə universitetlərinin diplomlarının beynəlxalq arenada tanınması məqsədilə müxtəlif addımlar atılır. Bunlardan biri də xarici universitetlərlə dual diplom (ikili diplom) əlaqələridir. Azərbaycan Texnologiya Universiteti (UTECA) bu istiqamətdə real nəticələr əldə edib.

Belə ki, UTECA-nın Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin nəqliyyatda daşımalar və idarəetmənin təşkili mühəndisliyi ixtisası üzrə ikili diploma keçidlə bağlı Rusiyanın Nijniy Novqorod Dövlət Texniki Universiteti ilə əməkdaşlıq memorandumu imzalanıb.

Sənədə əsasən həmin ixtisasa bu il qəbul olacaq tələbələr təhsil alacaqları müddətin yarısını Azərbaycan Texnologiya Universitetində, digər hissəsini isə Nijniy Novqorod Dövlət Texniki Universitetində keçəcəklər. Sonda tələbə hər iki universitetin diplomunu əldə edəcək.

Memorandumun imzalanmasında UTECA-nın nümayəndə heyyətinin tərkibində  tədris şöbəsinin müdiri Piri Axundov, Yüngül sənaye mühəndisliyi və logistika fakultəsinin dekanı, dosent Nazim Vəliyev, Maşın mühəndisliyi və Logistika kafedrasının müdiri prof. Tofiq Qocayev, Nijni Novqorod Dövlət Texniki Universitetinin rektoru Sergey Dmitriev, Tədris şöbəsinin müdiri Yevgeniy İvaşkin,  eləcə də Nəqliyyat Sistemləri İnstitutunun Direktorlar şöbəsinin nümayəndələri iştirak ediblər.

Dövlətimizə, millətimizə xeyirli və uğurlu olsun!

 
Yuxarı
  • Developed by: Ayaz Askerov