Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/06/19 : UTECA komandası Gəncəd

Xəbərlər

“32 müəssisə ilə əməkdaşlıq edirik...” – rektor nəticələri açıqladı
Dərc edən: Admin Tarix: 2019-02-27

Hazırda 32 istehsalat müəssisəsi ilə əməkdaşlıq edirik. Kadr hazırlığını  kadrlara ehtiyacı olan, ölkənin aparıcı istehsal müəssisələri ilə birgə həyata keçiririk. Bu sözləri Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov Təhsil Nazirliyinin Azərbaycan müəllimi qəzetinə müsahibəsində deyib.

Rektor qeyd edib ki, əsas məqsədlərdən biri universitet-sənaye əlaqələrinin daha da genişlənməsidir: “Məqsədimiz diplom xatirinə təhsil vermək deyil. İstəyirik ki, kadrlarımız universiteti bitirdikdən sonra tam hazır vəziyyətdə müəssisədə fəaliyyətə başlasın. Universitetimizdə baş verən bütün yeniliklər, modernləşmələr bu istiqamətdə aparılır”.

UTECA-nın rektoru, professor Akif Süleymanovun Azərbaycan müəllimi qəzetinin “Rektor danışır” rubrikasına geniş müsahibəsi ilə aşağıdakı linkdən tanış ola bilərsiz:

https://www.muallim.edu.az/news.php?id=4411

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov