Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/06/19 : UTECA komandası Gəncəd

Xəbərlər

UTECA əməkdaşları “Erasmus+ EQAC” layihəsinin Londonda növbəti təlimində iştirak ediblər
Dərc edən: Admin Tarix: 2019-02-19

Azərbaycan Texnologiya Universitetinin (UTECA) nümayəndə heyəti Bakı Biznes Universitetinin koordinatoru olduğu Avropa Komissyasının Erasmus+ proqramının EQAC layihəsi (Azərbaycan Universitetlərində Keyfiyyətin təminatı mərkəzlərinin qurulması) çərçivəsində Londonda təşkil olunan təlimlərdə iştirak ediblər. Təlimlərdə universitetimizi tədris işləri üzrə prorektor Vüqar İsmayılov, Keyfiyyətin təminatı şöbəsinin müdiri Asiman İlyasov, Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Babək Həsənov, Keyfiyyətin təminatı şöbəsinin mütəxəssisi Jalə Həmzəyeva təmsil ediblər.

UTECA əməkdaşlarının Azərbaycanın 11 ali təhsil müəssisəsindən olan nümayəndələrlə birgə iştirak etdiyi təlimlərin əsas mövzusu universitetlərdə keyfiyyətin təminatı sisteminin qurulması olub.

Azərbaycanın tərəfdaş universitetləri İngiltərədə Middlesex Universitetinin Keyfiyyətə nəzarət mərkəzində olaraq qurumun iş prinsipi ilə maraqlanıblar. Mərkəzin direktoru və koordinatorları fəaliyyətləri ilə bağlı təqdimat keçiriblər.

Təlimlərdə universitetlərimiz tərəfindən hazırlanmış hesabatlar xarici ekspertlərlə birgə müzakirə edilib, mərkəzin strukturunun formalaşması və inkişafı üçün görüləcək işlər barədə fikir mübadiləsi aparılıb. EQAC layihəsi çərçivəsində növbəti təlimlərin İspaniyada keçirilməsi nəzərdə tutulub.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov