Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

UTECA reytinq cədvəlində Azərbaycan ikincisidir
Dərc edən: Admin Tarix: 2019-02-19

Azərbaycan Texnologiya Universiteti (UTECA) ölkəmizin ali təhsil müəssisələrinin reytinq cədvəlində ön sıralardadır. Dünya universitetlərinin reytinq sıralmasının müəyyənləşdirilməsi üzrə ixtisaslaşmış “The Ranking Web” platformasının (Webometrics) son siyahısında UTECA fərqlənmə meyarı (Excellence) üzrə Azərbaycan 2-cisi olub. Əsasən mühəndis və texnoloqlar yetişdirən UTECA bu titul üzrə ölkəmizin 45 universitetini geridə qoyub.

Reytinq cədvəlinin açıqlıq (Openness) göstəricisində Azərbaycan universitetləri sırasında 17-ci yerdə qərarlaşan UTECA Gəncənin digər ali təhsil müəssisələri arasında bu bənd üzrə də liderdir.

Azərbaycan Texnologiya Universiteti “Webometrics”in digər göstəricilərində (Impact, Presence) müvafiq olaraq 34 və 36-cı pillələrdə qərarlaşıb.

İspaniyanın ən böyük araşdırma təşkilatı “Ranking web of universities”in mütəmadi olaraq aparılan tədqiqatları dünyanın 20 min universitetini əhatə edir.

“Webometrics” reytinq cədvəli ali təhsil müəssisəsinin veb-resurslarının internetdə populyarlığını xarakterizə edən, onların informasiya əhəmiyyətliliyini ölçən universal və ixtisaslaşmış axtarış sistemlərinin qiymətləndirmə göstəricilərinə əsaslanıb. Reytinqin yenilənməsi ildə 2 dəfə baş verir və nəticələr “Webometrics Ranking of World Universities”in rəsmi saytında (http://www.webometrics.info) yerləşdirilir.

Reytinq cədvəli ilə aşağıdakı linkdən tanış ola bilərsiz:
http://www.webometrics.info/en/Europe/Azerbaijan…

 
Top
  • Developed by: Ayaz Askerov