Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/02/13 : BP şirkəti (British Petr

Xəbərlər

UTECA Mingəçevir Tekstil Fabriki ilə əməkdaşlığı genişləndirir
Dərc edən: Admin Tarix: 2019-01-22

Azərbaycan Texnologiya Universitetinin (UTECA) rəhbərliyi Mingəçevir Tekstil Fabrikində işgüzar görüş keçirib. Universitetin rektoru, professor Akif Süleymanovun rəhbərlik etdiyi heyət fabriklə ötən il qurulmuş əlaqələrin inkişaf etdirilməsinə dair müəssisənin rəhbərliyi ilə müzakirələr aparıb.

İşgüzar görüşdə professor Akif Süleymanov UTECA-da universitet-sənaye əlaqələrinin qurulması istiqamətində görülən işlrədən danışıb. Rektor qeyd edib ki, yüngül sənaye mühəndislərinin hazırlanması universitetin baza istiqamətlərindən biri olduğu üçün bu sahədə fəaliyyət göstərən Mingəçevir Tekstil Fabriki ilə əməkdaşlıq etməyə üstünlük verilib. Digər müəssisələrlə qurulmuş əməkdaşlığın nəticələri haqqında da danışan professor Akif Süleymanov bildirib ki, bu əlaqələr sayəsində tələbələrin ixtisaslarına uyğun zavod və fabriklərdə təcrübə keçməsi onların kadr kimi daha hazırlıqlı yetişməsinə imkan verir. Eyni zamanda müəssisələr, universitetdə qurduqları laboratoriya və təlim mərkəzləri vasitəsilə gələcək mütəxəssislərin günün tələblərinə uyğun hazırlanmasında birbaşa iştirak etmiş olurlar.

Mingəçevir Tekstil Fabrikinin direktoru Mehman Hüseynov isə qeyd edib ki, kadr hazırlığı məsələsi istehsalat müəssisələri üçün də xüsusi əhəmiyyət kəsb edir. Buna görə də fabrikin üçillik strateji inkişaf planında UTECA ilə əməkdaşlığa xüsusi yer ayrılıb. Plan əməkdağlıq çərçivəsində həm universitetdə müvafiq təlim mərkəzinin, həm də fabrikdə elmi araşdırma mərkəzinin yaradılmasını nəzərdə tutur. Mehman Hüseynov universitetin müəllimlərinin və fabrikin aparıcı mütəxəssislərinin birgə iş aparmasının faydalı olacağını bildirib.

Müzakirələr nəticəsində planlaşdırılan məsələlərin zamanında və effektiv həll edilməsi üçün birgə işçi qrupun yaradılması qərara alınıb. Sonra UTECA-nın rəhbər heyəti Mingəçevir Tekstil Fabrikində istehsalat prosesi ilə yaxından tanış olub. Fabrikin direktoru və istehsalat müdiri qonaqlara iş prosesinin bütün mərhələri haqqında ətraflı məlumat verib.

 

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov