Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/04/24 : Azərbaycan Texnologiya Un

Xəbərlər

UTECA-da Dünya Azərbaycanlılarının Həmrəylik günü qeyd olunub
Dərc edən: Admin Tarix: 2018-12-25

Azərbaycan Texnologiya Universitetində (UTECA) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ilinin gəlişi münasibətilə tədbir təşkil olunub. Tədbiri giriş sözü ilə açan UTECA-nın rektoru, professor Akif Süleymanov bildirib ki, dünya azərbaycanlılarının həmrəyliyi ümummilli lider Heydər Əliyevin ən böyük arzularından biri idi. Azərbaycan xalqı 27-ci ildir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük qürur hissi ilə qeyd edir. Bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir. Ulu öndər Heydər Əliyevin azərbaycançılq fəlsəfəsini, azərbaycançılıq ideyasını yaşadanlar illərdir ki bu birliyə, bu həmrəyliyə öz töhfələrini verirlər.

Sonra başa çatmaqda olan il ərzində fərqlənən UTECA tələbələri və əməkdaşları təltif edilib. Tədbir universitetin bədii yaradıcılıq kollektivinin üzvü olan tələbələrin musiqi nömrələri və kompozisiyaları ilə davam edib. Xarici tələbələrin ifasında səslənən Azərbaycan musiqisi tədbirə rəng qatıb.

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov