Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/04/24 : Azərbaycan Texnologiya Un

Xəbərlər

UTECA-NIN AÇIQ ŞƏHƏR BİRİNCİLİYİ KEÇİRİLİB
Dərc edən: Admin Tarix: 2019-01-31

Azərbaycan Texnologiya Universitetinin idman zalında basketbol üzrə oğlanlar arasında universitetin açıq şəhər birinciliyi keçirilib. Yarışda yerli komanda ilə yanaşı Azərbaycan Dövlət Aqrar Universitetinin eləcə də Gəncə Dövlət Universitetinin komandaları iştirak edib. Oyunlardan öncə birinciliyin açılış mərasimi baş tutub. Rəsmi hissədə çıxış edən UTECA-nın rektoru, professor Akif Süleymanov idmançıları salamlayıb. O Gəncə şəhərinin  2019-cu il Avropanın İdman Şəhəri seçilməsi münasibəti ilə şəhərin idman ictimayyətini təbrik edib. O cümlədən qarşıdan gən 31-dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə yarış iştirakçılarını təbrik edib.

Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin idman sektorunun müdiri Vüqar Xəlilov isə öz çıxışında bu kimi yarıların keçilməsinin vacibliyindən söhbət acaraq qarşıdan gələn spartakiadadan öncə tələbələrin vacib sınaq qarşısında olduğunu qeyd edib. Bundan başqa tələbələr arasında basketbol idman növünün inkişafı üçün vacib addım atıldığını vurğulayıb.

Bədii hissədə isə UTECA rəqs qrupunun üzvləri və tələbələrin ifası yarış iştirakçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.

Ardınca görüşlərə start verilib. İlk oyunda UTECA və ADAU komandaları üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada meydan sahibləri qələbə qazanıb. ADAU komandası GDU basketbolçuları ilə görüşdə yenilərək 3-cü yerə sahib çıxıblar. Yarışda 1-ci yerə isə Texnologiya Universitetinin komansı çıxıb. Yarışın sonunda mükafatçılar diplomla təltif olunublar.

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov