Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/09/15 : Azərbaycan Texnologiya Universitetind

Xəbərlər

Elmi Şuranın 4 saylı iclası keçirilib
Dərc edən: Admin Tarix: 2017-12-20

Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın 4 saylı iclası keçirilib. Əvvəlcə ATU-nun rektoru, professor Akif Süleymanov Şura üzvlərini gündəlikdəki məsələlər barədə məlumatlandırıb. Sonra Avtomatika, telekommunikasiya və informatika fükültəsinin dekanı Azər Hüseyni dosent elmi adı alması münasibətilə kollketiv adından təbrik edib.

Avtomatika və informasiya texnologiyaları kafedrasının müdiri Rövşən Hacıyev İqtisadiyyat və idarəetmə fakültəsində tədris, elmi-tədqiqat işlərinin və nizam-intizamın vəziyyəti haqqında məlumatla çıxış edib. Məlumat qısa müzakirələrdən sonra qəbul edilib.

Elm və texnika üzrə prorektor Səbuhi Yusifov cari təqvim ili üzrə elmi-tədqiqat işlərinin yekunlarının hesabatı və növbəti 3 illik tədqiqatların mövzu planını, ATU Texnoparkının əsasnaməsinin təsdiqini, eləcə də ATU brendinin yaradılması və Davamlı İnkişaf Mərkəzinin strukturunda dəyişiklik edilməsi məsələlərini Şura üzvlərinin müzakirəsinə çıxarıb. Qaldırılan məsələlər səsvermə yolu ilə müsbət həllini tapıb.

Həmçinin müxtəlif məsələlərin müzakirəsi zamanı Magistratura və doktorantura şöbəsinin müdiri Sadiq Əfəndiyev magistr mövzularının, baş müəllim Ulduz Babayeva isə tədris vəsaitlərinin təsdiqini müzakirəyə təqdim edib. Hər iki məsələ səs çoxluğu ilə qəbul edilib.

Bununla da Elmi Şuranın 4 saylı iclası yekunlaşıb.

 

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov