Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2017/12/14 :   Azərbaycan Texnologiya Universitetin

Xəbərlər

ATU-da “Port of Baku” komandasının təşkilinə başlanıb
Dərc edən: Admin Tarix: 2017-12-06

Azərbaycan Texnologiya Universitetində (ATU) 2-ci və 3-cü kurs tələbələrindən ibarət 10 nəfərlik “Port of Baku” komandasını təşkil etmək məqsədilə imtahan keçirilib. Secim turu üçün könüllü olaraq qeydiyyatdan keçən 120 nəfər qruplar şəklində I tur imtahanda iştirak edib. II turda isə imtahandan daha yüksək bal toplayan ilk 30 nəfər üçün müsahibə təşkil olunacaq. Bu mərhələdən 10 nəfər keçərək komandaya daxil olacaq. Seçilmiş tələbələr “Port of Baku” komandası adı altında xüsusi tədris proqramı ilə həm universitetdə, həm də Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında müxtəlif seminarlara, treninqlərə, kurslara, ekskursiyalara, daxili və xarici istehsalat təcrübələrinə cəlb olunacaqlar.

Qeyd edək ki, 24 aprel 2017-ci il tarixdə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı QSC və Azərbaycan Texnologiya Universiteti arasında Memorandum imzalanıb. Memorandumun müddəallarına əsasən elmi-tədqiqat işlərinin aparılmasına şərait yaradılması və əldə olunan elmi nəticələrin tətbiqi imkanlarının araşdırılması, universitet tələbələrinin limanda istehsalat təcrübəsi keçmələri üçün mövcud imkanların araşdırılması, tərəflər arasında qarşılıqlı əməkdaşlıq məlumat, mütəxəssis və ekspert dəstəyinin göstərilməsi, elmi-tədqiqat işləri nəticələrinin mübadiləsi, birgə təlim, seminar, konfrans, təcrübə və digər tədbirlərin təşkil edilməsi, innovativ təşəbbüslərin dəstəklənməsi və tərəflər arasında danışıqlardan asılı olaraq digər yollarla həyata keçirilməsi nəzərdə tutulur. 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov