Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2017/12/14 :   Azərbaycan Texnologiya Universitetin

Xəbərlər

Tələbələr vergi orqanlarına işə qəbul barədə məlumatlandırılıb
Dərc edən: Admin Tarix: 2017-12-01
Gəncədəki 12 saylı Ərazi Vergilər Departamentinin əməkdaşları Azərbaycan Texnologiya Universitetində (ATU) maarifləndirici görüş keçirib. Universitetin professor-müəllim heyəti üzvləri və tələbə kollektivinin iştirakı ilə keçirilən görüşdə əsas məqsəd müvafiq ixtisalarda təhsil alan tələbələrin və bu sahədə pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərin praktik biliklərini artırmaq olub.
 
Görüşə əsasən İqtisadiyyat və idarəetmə fakültəsinin tələbə və müəllim kollektivinin cəlb olunduğunu bildirən elm və texnika üzrə prorektor Səbuhi Yusifov universitetdə bu qəbildən olan tədbirlərin artıq ənənəvi hal aldığını qeyd edib.
 
Görüşdə 12 saylı Ərazi Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət, şəffaf partnyorluq və qeydiyyat idarəsinin vəzifəli şəxsləri tədbir iştirakçılarını fəaliyyətləri ilə bağlı zəruri məsələlər barədə məlumatlandırıblar. Vergi ödəyicilərinin qeydiyyatı, taks fri (tax free) (Əlavə dəyər vergisinin qaytarılması), nağdsız hesablaşmalar, sadələşdirilmiş vergi üzrə sabit məbləğin tətbiq edilməsi və şəffaf vergi partnyorluğu haqqında mövcud qanunvericilik, respublikamızda keçirilən ticarət festivalları və vergilər sahəsində digər yeniliklər barəsində danışan vergi əməkdaşları tələbə və müəllimləri maraqlandıran sualları da cavablandırıblar.
 
Bundan başqa qonaqlar vergi sistemində islahatlar, inkişaf göstəriciləri, eləcə də vergi orqanlarına işə qəbul qaydaları haqda da danışaraq tələbələri bu sahədə karyera qurmağa çağırıblar.
 
Yuxarı
  • Developed by: Ayaz Askerov