Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2017/12/14 :   Azərbaycan Texnologiya Universitetin

Xəbərlər

ATU-nun kollektivi “Hərəyə bir ağac əkək” kampaniyasına qoşulub
Dərc edən: Admin Tarix: 2017-11-30

Azərbaycan Texnologiya Universitetinin (ATU) kollektivi Gəncədə Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar təşkil olunan “Hərəyə bir ağac əkək” kampaniyasında fəal iştirak edib. Gəncə şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər Təşkilatının birgə təşkilatçılığı ilə baş tutan yaşıllaşdırma akisyasında universitet rəhbərliyi və tələbələr birgə iştirak edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihələndirilən ağacəkmə kampaniyasında şəhər rəsmiləri və ictimaiyyət nümayəndələri ilə birgə iştirak edən ATU kollektivi rektor, professor Akif Süleymanovla birgə xeyli sayda tinglər əkib. Eyni zamanda ərazidə təmizlik-abadlıq işləri aparıb, yaşıllıq sahəsi alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstəriblər.

Qeyd edək ki, gələn ilin mart ayına qədər davam edəcək “Hərəyə bir ağac əkək” kampaniyasında 40 min ağac və bəzək bitkisi əkiləcək. Bu möhtəşəm kampaniya Gəncədə yaşıllığın genişləndirilməsinə, ekoloji durumun daha da yaxşılaşdırılmasına böyük töhfə verəcək.

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov