Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2017/12/14 :   Azərbaycan Texnologiya Universitetin

Xəbərlər

Tələbələr erkən nikah mövzusunda maarifləndirilib
Dərc edən: Admin Tarix: 2017-11-29
Azərbaycan Texnologiya Universitetində (ATU) tələbələr erkən nikah və onun fəsadları haqqında məlumatlandırılıb. Görüş "Rezonans" Gənclərin İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi "Sağlam gələcək naminə" layihəsi çərçivəsində təşkil olunub.
 
Tədbirdə ictimai birliyin ekperti İsmayıl Kərimov mövzu ilə əlaqədar çıxış edərək bu sahədə mövcud qanunvericiliyin tələbləri, erkən nikahın statistik göstəriciləri barədə məlumat verib. O, qeyd edib ki, erkən nikah qadınlara fizioloji, bioloji və psixoloji yöndən müxtəlif fəsadlar törədir. Ölkəmizdə erkən nikahların sayında artımın müşahidə olunması isə bu sahədə təbliğat işlərinin artırılmasına ehtiyac duyulduğunu göstərir.
 
Görüşdə həmçinin erkən nikahın səbəbləri və evlilik üçün ideal yaşın neçə olması haqqında tələbələrlə müzakirə aparılıb. Sonda tələbələrin suallarını cavablandıran ekspert erkən nikahın gənclərin ali təhsil almalarına, gələcək karyeralarını qurmalarına da mənfi təsir göstərdiyini vurğulayıb.
 
 
Yuxarı
  • Developed by: Ayaz Askerov