Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2017/12/14 :   Azərbaycan Texnologiya Universitetin

Xəbərlər

Elmi Şuranın 3 saylı iclası keçirilib
Dərc edən: Admin Tarix: 2017-11-29

Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın 3 saylı iclası keçirilib. Əvvəlcə ATU-nun rektoru, professor Akif Süleymanov Şura üzvlərini gündəlikdəki məsələlər barədə məlumatlandırıb.

İnformatika və telekommunikasiya kafedrasının müdiri, professor Sakit Verdiyev qış imtahan sessiyasına hazırlıq və qarşıda duran vəzifələr, Maşın mühəndisliyi və logistika kafedrasının müdiri, professor Tofiq Qocayev isə Avtomatika, telekommunikasiya və informatika fakültəsində tədris, elmi-tədqiqat işlərinin və nizam-intizamın vəziyyəti haqqında məlumatla çıxış edib. Hər iki məlumat qısa müzakirələrdən sonra qəbul edilib.

Müxtəlif məsələlərin müzakirəsi zamanı İnsan kapitalının idarə edilməsi mərkəzinin direktoru Zaur Əliyev struktur bölmələrinin, Tofiq Qocayev Professorlar Şurasının əsasnamələrinin, Ulduz Babayeva isə tədris vəsaitlərinin təsdiqi məsələsini Şura üzvlərinin müzakirəsinə çıxarıb. Qaldırılan məsələlər səsvermə yolu ilə qəbul olunub.

Həmçinin, Magistratura və doktorantura şöbəsinin müdiri Sadiq Əfəndiyev xüsusi istedadlar qrupunun, Tədris şöbəsinin müdiri Piri Axundov isə əcnəbi vətəndaşlar üçün hazırlıq kurslarının yaradılması məsələləri ilə bağlı görülmüş işlər haqqında məlumat verib.

Bununla da Elmi Şuranın 3 saylı iclası yekunlaşıb.

 

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov