Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2017/12/14 :   Azərbaycan Texnologiya Universitetin

Xəbərlər

Yeni Azərbaycan Partiyasının 25 illiyi ATU-da qeyd olunub
Dərc edən: Admin Tarix: 2017-11-22

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illik yubileyi münasibətilə Azərbaycan Texnologiya Universitetində (ATU) tədbir  keçirilib. Tədbiri giriş sözü ilə açan ATU-nun rektoru, professor Akif Süleymanov ümummilli lider Heydər Əliyevin qurucusu olduğu partiyanın ölkəmizin inkişafında mühüm rolunu diqqətə çatdırıb. Rektor qeyd edib ki, iyirmi beş il əvvəl ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilib. Bu, böyük tarixi hadisədən təqribən bir ay əvvəl bir qrup vətənpərvər insan - məşhur 91-lər Heydər Əliyevə müraciət ünvanlayıblar. Ulu öndər müraciətə müsbət cavab verərək, yeni yaradılacaq partiyaya rəhbərlik etməyə hazır olduğunu bildirib və Bakıdan, ölkənin bütün bölgələrindən gələn 500-dən çox nümayəndənin iştirakı ilə Naxçıvanda Ulu Öndərin rəhbərliyi ilə partiyanın təsis konfransı keçirib. Bu tarixi hadisə müasir Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi idi. O vaxt 91 vətənpərvər insan bu tarixi missiyanı öz üzərinə götürüb Heydər Əliyevə müraciət göndərmişdi. Onların bu əməyi Azərbaycan tarixində öz layiqli yerini tutmuş və YAP-ın yaradılması ölkəmizdə gedən xoşagəlməz proseslərin qarşısının alınmasına zəmin hazırlamışdı. Bununla da Azərbaycan 90-cı illərin əvvəllərində yaranmış hakimiyyət böhranından xilas olaraq yeni inkişaf yoluna qədəm qoydu. Bu tərəqqi hələ də inam və əzmlə davam etdirilir.

Daha sonra çıxış edən YAP-ın ATU üzrə ərazi partiya ilk təşkilatının sədri Piri Axundov bildirib ki, bu gün iqtidar partiyası öz sıralarında 700 mindən çox insanı birləşdirir, onların 40 faizi gənclərdir. Bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyanın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər bu gün xalq tərəfindən tam dəstəklənir. YAP-ın Gəncə şəhərində 41 min, ATU-da isə 400 əməkdaş və 1600 tələbə olmaqla 2000 nəfər üzvü var.

YAP Gəncə şəhər təşkilatının şobə müdiri Hüseyin Budaqov, ATU-nun elm və texnika üzrə prorektoru Səbuhi Yusfov da qeyd edib ki, bu illər ərzində Azərbaycan ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalaraq inamla inkişaf edib. Bu gün Azərbaycanın güclü ölkəyə çevrilməsi YAP sədri, ölkə Prezidenti İlham Əliyevin dövlətimiz və xalqımız qarşısında müstəsna xidmətlərinin nəticəsidir.

Daha sonra Yeni Azərbaycan Partiyasının sıralarına yeni qoşulmuş universitet əməkdaşları və tələbələrə üzvlük vəsiqələri təqdim olunub. Tədbir universitet tələbələrinin təşkil etdiyi konsertlə davam edib.  

 
Yuxarı
  • Developed by: Ayaz Askerov