Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2017/12/14 :   Azərbaycan Texnologiya Universitetin

Xəbərlər

ATU Təbrizdə keçirilən RİNOTEX 2017 beynəlxalq sərgisində iştirak edib
Dərc edən: Admin Tarix: 2017-11-17
Azərbaycan Texnologiya Universitetinin (ATU) nümayəndələri 11-15 noyabr 2017-cı il tarixlərində İran İslam Respublikasının Təbriz şəhərində keçirilən Rəb-e-Rəşidi adına 5-ci Beynəlxalq İnnovasiya və Texnologiya Sərgisi – RİNOTEX 2017-də iştirak edib. Səfər çərçivəsində həmçinin bir sıra ali təhsil və elmi tədqiqat müəssisələri, eləcə də müxtəlif şirkətlərlə görüş keçirilib.
 
Mötəbər tədbirdə ATU-nu təmsil edən elm və texnika üzrə prorektor Səbuhi Yusifov və rektor məsləhətçisi Rasim Əliyev əvvəlcə rəsmi qonaq qismində sərginin açılış mərasimində iştirak edib. Sonra RİNOTEX 2017 beynəlxalq sərgisinin təşkilatçısı olan İranın Rəb-e-Rəşidi adına Xüsusi Elm və Texnologiyalar zonasının direktoru, həmçinin Şərqi Azərbaycan əyaləti valisinin elm və texnologiya məsələləri üzrə nümayəndəsi Əli Cahangiri ilə görüş keçirilib. Əli Cahangiri qonaqlara sərgi haqqında geniş məlumat verib. O, qeyd edib ki, ATU sərgidə iştirakçı kimi təmsil olunan müxtəlif ali təhsil və elmi tədqiqat müəssisələri, eləcə də bir sıra şirkətlərlə geniş əməkdaşlıq əlaqələri yarada bilər. ATU-nun prorektoru Səbuhi Yusifov isə universitetin fəaliyyət sahələri və maraqlı olduğu əməkdaşlıq istiqamətləri haqqında danışıb.
 
ATU-nun nümayəndələri sonra sərginin ekspozisiya zallarında müxtəlif şirkətlərin, elm və təhsil müəssisələrinin xidmətləri, nailiyyətləri və yenilikləri ilə tanış olublar. Bir sıra sərgi iştirakçıları ilə ATU arasında əməkdaşlığın mümkün istiqamətləri müzakirə olunub. Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş konsulu Əliyənnağı Hüseynov və konsullar da görüşlərdə ATU nümayəndələri ilə birgə iştirak edərək universitetin təqdimatına, zəruri müzakirələrin aparılmasına dəstək olublar.
 
Sərginin növbəti günlərində isə ATU-nun nümayəndələri universitet və tədqiqat institutları ilə görüşlər keçirib. İranın Aqrar Biotexnologiya Elmi-Tədqiqat İnstitutunun Təbrizdə yerləşən Şimal-şərq və Şərq regionu üzrə filailında baş tutan görüş səmərəli müzakirə və məsləhətləşmələrlə yadda qalıb. Filailın direktoru Məhəmməd Əmin Hicazi bildirib ki, qurumun elmi-tədqiqat işləri əsasən qida və əkinçilik istiqamətinə yönəldilib. Filialın gənc alimləri qonaqları aparılan elmi-tədqiqat işləri ilə əyani şəkildə tanış ediblər.
 
Təbriz yaxınlığında yerləşən Azərbaycan Şəhid Mədəni Universitetindəki görüş də məhsuldar keçib. Universitetin rektoru Həsən Vəlizadənin rəhbərlik etdiyi heyətlə görüşdə ATU ilə qurulacaq əməkdaşlığın mümkün istiqamətləri müzakirə olunub. Sonra Azərbaycan Şəhid Mədəni Universiteti ilə Azərbaycan Texnologiya Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
 
Yuxarı
  • Developed by: Ayaz Askerov