Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2017/12/14 :   Azərbaycan Texnologiya Universitetin

Xəbərlər

Milli Dirçəliş Günü ATU-da qeyd olunub
Dərc edən: Admin Tarix: 2017-11-17

Azərbaycan Texnologiya Universitetində (ATU) Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib. Professor-müəllim heyəti və tələbələrin qatıldığı tədbiri giriş sözü ilə açan ATU-nun rektoru, professor Akif Süleymanov bildirib ki,  29 il bundan əvvəl, 1988-ci il noyabrın 17-də imperiya zülümündən cana doymuş Azərbaycan xalqının ayağa qalxması  tarixə meydan hərəkatı kimi daxil olub. Türk dünyasının böyük oğlu, Ümummilli liderimiz Heydər Əliyevin vətənə qayıdışı ilə Azərbaycanın milli-siyasi azadlıq hərəkatında yeni bir mərhələ başlayıb. Heydər Əliyev həmin gərgin günlərdə xalq arasında olmaqla Naxçıvanda Azərbaycan xalqının milli-azadlıq, dövlət müstəqilliyi uğrunda mübarizəsinə başçılıq edib.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirilib. Heydər Əliyevin sədrliyi ilə keçirilən bu sessiyanın qərarları Sovet rejiminə sarsıdıcı zərbə vurmaqla həmin dövr üçün əhəmiyyətli rol oynayıb. Sessiyada muxtar respublikanın adından “Sovet Sosialist” sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Dövlət bayrağı kimi qəbul edilməsi barədə qərar qəbul edilib. Ulu öndər Heydər Əliyev Azərbaycan SSRİ Ali Sovetinin 5 fevral 1991-ci il tarixli sessiyasındakı SSRİ-dən imtinanın və müstəqillik uğrunda mübarizənin vacibliyini məntiqi şəkildə əsaslandıran çıxışından sonra elə həmin sessiyada Azərbaycan SSR-nin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı və üçrəngli bayrağımız dövlət bayrağı kimi təsdiq olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müdrik və uzaqgörən siyasəti ilə bu gün ölkəmizin dünya birliyində özünə layiqli yer tutaraq söz sahibinə çevrilməsinə, Qafqazdakı lider rolunun möhkəmləndirilməsinə, enerji və nəqliyyat təhlükəsizliyinin davamlılığına, ərzaq təhlükəsizliyinin təmin olunmasına, güclü və qüdrətli ordu quruculuğuna, ölkə vətəndaşlarının xoşbəxt və firavan yaşayışının etibarlı şəkildə təmin edilməsinə nail olub.  Prezident İlham Əliyev qısa müddətdə bu yüksəlişə nail olmaqla ölkəmizin  yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifi olub. Bu gün İlham Əliyevin timsalında hər bir Azərbaycan vətəndaşı ölkəmizin tərəqqisini görür, bu böyük şəxsiyyəti inkişafımızın təminatçısı kimi dəstəkləyir.

Tədbirdə çıxış edən digər natiqlər də həm meydan hərəkatı dövründə, həm də ondan sonrakı zaman kəsiyində baş verənlərə nəzər salaraq ölkəmizin bu müddət ərzində iqtisadi inkişaf göstəricilərinə görə bütün dünyada lider dövlətə çevrilməsindən söhbət açıblar. Bundan başqa “Milli şüurun gerçəkləşdiyi tarix”, “Milli dirçəlişimiz müstəqilliyimizin təməlidir” mövzularında çıxışlar olub. Sonda isə universitetin tələbələri təbrik çıxışları ediblər.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov