Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2017/11/17 :

Xəbərlər

ATU-da tələbələr üçün ekoloji maarifləndirici təlim keçirilib
Dərc edən: Admin Tarix: 2017-11-04

Azərbaycan Texnologiya Universitetində (ATU) Təbiət Elmləri İctimayi Birliyinin təşkilatçılığı ilə tələbələr üçün “Ekologiya və biotexnologiya” mövzusunda marifləndirici təlim keçirilib.

İctimayi birliyin sədri Rövşən Əkbərov bildirib ki, milyonlarla il ərzində təbiətdəki ekoloji tarazlıqlar çərçivəsində yaşayan milyardlarla canlı, sahib olduqları texnologiyalar sayəsində həm həyatlarını davam etdirir, həm də təbiətə və ekoloji tarazlıqlara zərər vermirlər. Təbiətdəki dizaynlar ən az məmulat və enerjidən istifadə edərək maksimum səmərə verir, öz-özlərini təmir edə bilir, yenidən istehsala qayıdır. Eləcə də təbiət dostu olmaları, səssiz işləmə prinsipi, estetik, dayanıqlı və uzun ömürlü olmaları baxımından sənaye texnologiyasına nümunə təşkil edir. Amma insan əli ilə istehsal olunan texnologiyalar təbiətdəki hazır texnologiyalardan fərqlənir. Təbiətdəki dizaynlardan nümunə götürərək əldə edilən alətlərə, xüsusilə nanotexnologiya, robot texnologiyası, süni intellekt , tibbi sənaye və hərbi təchizat və sair sahələrdə ehtiyac var.

Daha sonra gənclərə paleontologiya elmi haqqında da məlumat verilib. Bildirilib ki, paleontologiya yaxud fosil elmi qədim canlıların arxoloji yolla tapılmış qalıqları əsasında onların xarici görünüşünün bərpa olunması, bioloji xüsusiyyətlərini, qidalanma tərzinini, çoxalmasını, eləcə də bu məlumatlar əsasasında dünyada həyatın tarixini öyrənən elm sahəsidir. Təlimdə tələbələrə bir neçə fosil nümünələri göstərilib. 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov