Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2017/11/17 :

Xəbərlər

ATU-da Texnologiya və innovasiyaya dəstək mərkəzi yaradılıb
Dərc edən: Admin Tarix: 2017-10-26

Azərbaycan Texnologiya Universitetində (ATU) Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) ilə Azərbaycan Höküməti arasında 2014-cü ildə imzalanmış memorandum çərçivəsində Texnologiya və innovasiyaya dəstək mərkəzi (TİDM) fəaliyyətə başlayıb.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) təsis etdiyi “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsi sözügedən memorandumun  Texnologiya və innovasiyaya dəstək mərkəzi (TİDM) şəbəkəsinin yaradılmasına dair əməkdaşlıq çərçivəsinə müvafiq olaraq ATU ilə razılaşma imzalayıb. Məhz bu razılaşma əsasında isə ATU-nun bazasında TİDM yaradılmışdır. Azərbaycanda üç yerdə - Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyətə başlayan bu mərkəzlər əsasən əqli fəaliyyət nəticələrinin hüquqi mühafizəsi məsələləri üzrə biliklərin yayılması  effektivliyinin artırılması və  patentlərə dair tədqiqatlarının aparılmasını həyata keçirəcək. Mərkəz həmçinin əqli fəaliyyət nəticələrinin yaradılması və effektiv istifadəsi üzrə ixtiraçıların stimullaşdırılması üçün Patent və Əmtəə Nişanları Mərkəzinin və ÜƏMT-nin informasiya resurslarına o cümlədən əqli mülkiyyət sahəsində informasiya resurslarına pulsuz daxil olmaq,  o cümlədən intellektual mülkiyyət sahəsində digər ödənişsız informasiya resurlarının təqdim olunmasına yardım etmək məqsədi daşıyır. Bununla yanaşı mərkəz tərəfindən regionlarda əqli mülkiyyət məsələləri üzrə konfransların, seminarların və digər tədbirlərin keçirilməsi də nəzərdə tutulur. Həmçinin cari ilin sonunadək ATU-nun bir tələbəsinin ÜƏMT-nin İsveçrənin Cenevrə şəhərində yerləşən baş ofisinə təcrübə proqramına göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, 1967-ci ildə yaradılan ÜƏMT-yə indiyədək 189 ölkə üzv olub. Azərbaycanın 1995-ci ildən qoşulduğu təşkilat 1974-cü ildən həm də BMT-nin yaradıcılıq və əqli mülkiyyət üzrə xüsusi qurumu finksiyasını həyata keçirir. 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov