Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2017/11/17 :

Xəbərlər

Elmi Şuranın 2 saylı iclası keçirilib
Dərc edən: Admin Tarix: 2017-10-25

Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın 2 saylı iclası keçirilib. Əvvəlcə ATU-nun rektoru, professor Akif Süleymanov şura üzvlərini gündəlikdəki məsələlər barədə məlumatlandırıb. Sonra prorektorlar Vüqar İsmayılov və Səbuhi Yusifovu dosent elmi adı almaları, həmçinin dosent Firdovsi Babayevi 75, komendant Əhməd Nəcəfovu isə 65 illik yubileyləri  münasibətilə kollketiv adından təbrik edib.

Təchizat şöbəsinin müdiri Ağası Cumayev universitetin qış mövsümünə hazırlığının vəziyyəti barədə, Elmi tədqiqat şöbəsinin müdiri Qalibə Məmmədova isə 2018/2020-ci illər üzrə elmi-tədqiqat işlərinin mövzu planının layihəsinin hazırlanması haqqında məlumatla çıxış edib. Hər iki məlumat qısa müzakirələrdən sonra qəbul edilib.

Müxtəlif məsələlərin müzakirəsi zamanı elmi katib Mətanət Əhmədova Nazilə Ramiz qızı İsgəndərovanın dosent elmi adı alması üçün AAK qarşısında vəsatətin qaldırılmasını, baş müəllim Ulduz Babayeva isə yeni tədris vəsaitlərinin təsdiqini Elmi Şuranın müzakirəsinə təqdim edib. Hər iki məsələ səsvermə yolu ilə qəbul olunub.

Sonda Şura üzvlərinin gizli səsverməsi ilə kafedra müdiri və dekan vəzifələrinin tutulması üzrə komissiyanın tərkibi yenidən formalaşdırılıb.

Bununla da Elmi Şuranın 2 saylı iclası yekunlaşıb.

 

 

 

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov