Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2017/12/14 :   Azərbaycan Texnologiya Universitetin

Xəbərlər

ATU ilə Şəmkir Aqropark arasında əməkdaşlıq üçün ilk addım atılıb
Dərc edən: Admin Tarix: 2017-10-12

Azərbaycan Texnologiya Universiteti (ATU) ilə bir müddət əvvəl fəaliyyətə başlayan Şəmkir Aqroparkı arasında əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində ilk addım atılıb. Universitet rəhbərliyi və bir qrup tələbədən ibarət heyət Aqroparkla yaxından tanış olub.

Heyət əvvəlcə müəssisənin rəhbərliyi ilə görüşüb. Baş dirketor Qüdrət Seyfullayev Şəmkir Aqroparkı və Logistika Mərkəzi haqda ətraflı məlumat verib. O, bildirib ki, Cənubi Qafqazda ilk "Aqropark" formatlı kənd təsərrüfatı layihəsi olan bu kompleks beynəlxalq formatda fəaliyyət göstərmək üçün nəzərdə tutulmuş biznes layihəsidir. Şəmkir Aqroparkın fəaliyyəti müasir istehsal, logistika və satış texnologiyalarına əsaslanır. Aqroparkın yaradılması ölkənin ixrac həcminin artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, intensiv metodların geniş tətbiqində və yeni iş yerlərinin yaradılmasında əhəmiyyətli rol oynayacaq. İlkin olaraq 39 min kvadrat metr ərazidə yaradılan istehsalat ərazisi ən müasir avadanlıqlarla təchiz olunub. 18.5 min kvadrat metr sahəsi olan soyuducu anbarların isə məhsul tutumu 24 min tondur. Qüdrət Seyfullayev qeyd edib ki, müəssisədə işə cəlb olunmuş kadrların əksəriyyəti xarici ölkələrdə təlim kurslarından keçib. Ancaq, getdikcə artan kadr tələbəatını nəzərə alaraq Aqroparkın ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin yaradılması, tələbələrin yerli və xarici universitetlərdə təhsilinin maliyyələşdirilməsi nəzərdə tutulur.

ATU-nun elm və texnika üzrə prorektoru Səbuhi Yusifov da hazırki dövrdə univerritet-sənaye əlaqələrinin böyük həyati əhəmiyyət kəsb etdiyini bildirib. O, qeyd edib ki, ATU bu reallığı nəzərə alaraq uzun müddətdir ki, məqsədyönlü işlər aparır. Artıq bu işlərin nəticəsi olaraq xeyli sayda istehsalat müəssisəsi ilə səmərəli əməkdaşlıq əlaqələri qurulub. Həm universitet, həm də istehsalat müəssisəsi üçün səmərələi nəticələr verən bu cür əməkdaşlıq əlaqəsinin ATU ilə Aqropark arasında yaradılması da günü tələbidir. Universitetdə logistika ixtisası üzrə kadr hazırlığının həyata keçirilməsi bu əməkdaşlığın səmərəli olması üçün zəmin hazırlayır.

Daha sonra ATU-nun logistika mühəndisliyi və qida mühəndisliyi ixtisaslarında təhsil alan bir qrup tələbə və magsitrant, o cümlədən həmin ixtisaslar üzrə fəaliyyət göstərən professor-müəlim heyəti üzvləri Aqroparkın ərazisi, istehsalat sahələri, çeşidləmə xətləri, soyuducu anbarı və laboratoriyası ilə yaxından tanış olublar. 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov