Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Xəbərlər

ATU-nun tələbələrinə Dünya Bankının sertifikatı təqdim olunub
Dərc edən: Admin Tarix: 2017-10-11

Azərbaycan Texnologiya Universitetində (ATU) Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Maliyyə savadlılığının artırılması” layihəsində iştirak edən tələbələrə sertifikatlar təqdim olunub. Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin layihədə iştirak edən 46 tələbəsilə görüşdə dekan Nüşabə Hacıyeva onları layihənin uğurla başa çatması münasibətilə təbrik edib. O, bildirib ki, tələbələr layihədə könüllü qismində iştirak edərək 5 ay müddətində 5 qrup şəklində Göygöl, Şəmkir, Goranboy, Mingəçevir və Yevlax şəhərlərində ümumilikdə 276 respondentlə görüşüb. Bu isə tələbələrə həm nəzəri biliklərini zənginləşdirmək, həm də bu biliklərin praktik tətbiqini öyrənmək imkanları təqdim edib. Könüllü tələbələrələ yanaşı layihədə həmçinin universitetin 6 əməkdaşı da iştirak edib.

Tələbələr də öz növbəsində bu səmərəli layihədə iştirak etmək imkanı əldə etdiklərinə görə həm universitet rəhbərliyinə, həm də  Dünya Bankının nümayəndələrinə minnətdarlıq ediblər. Onlar qeyd edib ki, 2 ay müddətində layihə iştirakçılarına Dünya Bankının yerli və xarici təlimçiləri tərəfindən seminarlar keçilib. Tələbələr bu təlimlərin onların gələcək karyeraları üçün böyük əhəmiyyət kəsb edəcəyinə inandıqlarını bildiriblər.

Sonda layihə iştirakçılarına Dünya Bankının layihəsində iştiraka dair sertifikat təqdim olub.

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov