Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2017/12/14 :   Azərbaycan Texnologiya Universitetin

Xəbərlər

ATU 11-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir
Dərc edən: Admin Tarix: 2017-10-07

Azərbaycan Texnologiya Universitei (ATU) 6-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan 11-ci Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) sərgisində iştirak edir. Universitetin stendi sərgi iştirakılarnın böyük marağı ilə qaşılanıb.

Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri və müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri iştirak edib. İştirakçıları salamlayan təhsil naziri Mikayıl Cabbarov bildirib ki, “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil edilən bu sərgidə son illərdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunur. Nazir sərginin ziyarətçilərə təhsil sistemində baş verən dəyişikliklərə daha geniş nəzər yetirmək, startapçıların innovativ layihələri ilə tanış olmaq, əcnəbi universitetlərlə birgə əməkdaşlığın ümumi spektrini izləmək imkanı yaratdığını qeyd edib.

Sonra sərgi ilə yaxnından tanış olan nazir ATU-nun stendinə də geniş vaxt ayırıb. Rektor Akif Sülüymanov ona ATU-nun mütəxəssis hazırlığının əsas istiqamətləri, həyata keçirdiyi islahat və proqramları, yeni layihələri haqqında məlumat verib. Mikayıl Cabbarov universitetin son illərdə əldə etdiyi nailiyyətləri, uğurlu göstəriciləri və perspektiv planlarını yüksək qiymətləndirib.

Daha sonra sərgiyə gələn çoxsaylı ziyarətçilər - məktəblilər, tələbələr, müxtəlif şirkətlərin nümayəndələri ATU-nun stendi ilə yaxından tanış olublar. Universitetin əməkdaşları və tələbələrindən ibarət heyət ziyarətçilərə ATU-nun fakültə və ixtisasları, prqoram və layihələri, sənaye müəssisələri ilə əməkşdalığı və bunun səmərəli nəticələri haqqında məlumat veriblər. Eyni zamanda universitetlə bağlı məlumatları özündə əks etdirən çoxsaylı çap materialları da ziayrətçilərə təqdim olunub.

Ötən illərlə müqayisədə daha çox sayda təhsil müəssisəsi və şirkətin təmsil olunduğu sərgi çərçivəsində müxtəlif görüş və müzakirələr də təşkil olunub. Aşağı kurs tələbələri və abituriyentlər üçün keçirilən “Mənim gələcək peşəm və ona gedən yol” adlı seminarda ATU-nun məzunu, “Az-Granata” Şirə və Şərab Emalı Zavodunun sektor müdiri Vüqar Mikayılov təqdimatla çıxış edib. Onun, ixtisas seçimi və günümüzün ən perspektivli ixtisaslarına aid fikirləri gənclər tərəfindən böyük maraqla qarşılanıb. 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov