Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2017/12/14 :   Azərbaycan Texnologiya Universitetin

Xəbərlər

Beynəlxalq Müəllimlər Günü ATU-da qeyd olunub
Dərc edən: Admin Tarix: 2017-10-04

Azərbaycan Texnologiya Universitetində (ATU) Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Akif Süleymanov ATU müəllimlərinin simasında bu şərəfli peşənin daşıyıcısı olan bütün pedaqoqları təbrik edib, onlara işlərində uğurlar, can sağlıqı arzulayib. Akif Süleymanov ölkədə, o cümlədən ATU-da son illərdə təhsilin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb. O, qeyd edib ki, təhsil cəmiyyətin inkişafında, insanların layiqli vətəndaş kimi formalaşmasında müstəsna əhəmiyyətə malikdir. Bütün dövrlərdə hər bir ölkənin uğurlu gələcəyi, ayrı-ayrı sahələrdə əldə olunan nailiyyətlər təhsilin inkişaf səviyyəsi ilə müəyyən olunur. Sürətlə inkişaf edən ölkəmizdə təhsil sistemi daim yenilənməli, dünya təhsilindəki sürətli tərəqqi proseslərindən geri qalmamalıdır. Bütün bunların təmin olunması məqsədilə son illər ölkəmizdə təhsillə bağlı çoxsaylı proqram və layihələr həyata keçirilir.

Daha sonra çıxış edənlər də bildirib ki, təhsil sisteminin qarşısında duran əsas hədəflərə çatmasında müəllimlərin üzərinə mühüm vəzifələr düşür. Müəllim əməyi ən yüksək qiymətə və ehtirama layiqdir. XXI əsrdə bilik və bacarıqların önəmi daha da artacaq. Bu missiyada “öyrənməyi öyrətmək” vəzifəsi müəllimlərin üzərinə düşür.

Sonra universitetin bir qrup müəlliminə əlamətdar gün münasibətilə fəxri fərman və hədiyyələr təqdim edilib. Tədbir incəsənət kollektivlərinin çıxışları ilə davam edib.

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov